Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin əmriylə Sabunçu rayon şöbəsinə yeni sədr təyin edilib. Müharibə veteranı Çingiz Sadiq oğlu Abdullayev AVMVİB Sabunçu rayon şöbəsinin sədri təyin olunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin əmriylə Sabunçu rayon şöbəsinin sədri Eldar Əliyev tutduğu vəzifədən azad edilib.

Tədbirdə çıxış edən AVMVİB sədri Füzuli Rzaquliyev yeni sədri tədbir iştirakçılarına təqdim edərək ona uğurlar arzuladı. O, bu təyinatın şöbənin fəaliyyətində dönüş yaradacağına inandığına ümid etdiyini bildirdi. Tədbir iştirakçıları da yeni təyin olunmuş şöbə sədri Çingiz Abdullayevə öz təbriklərini çatdırdılar.
Tədbirdə AVMVİB sədrinin müavinləri Vahid Abdürəhmanov, İslam Səfərov, Qurban Osmanov, AVMVİB NTK sədri Niyazi Quliyev, AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov və Mətbuat Xidmətinin Rəhbəri Xaqani Rzaquliyev və digər veteranlar iştirak edirdilər.
AVMVİB MƏTBUAT XİDMƏTİ
