«Həşd Şabi» İŞİD-ə qarşı yeni əməliyyat keçirir

İraqın «Həşd Şabi» qüvvələri yeni bir əməliyyatda Salahəddin vilayətinin şərqindəki İŞİD mövqelərini hədəfə alıb.  

İraq təhlükəsizlik mənbələri bu əməliyyatın Səlahəddindəki İŞİD qalıqlarını zərərsizləşdirmək üçün təşkil edildiyini açıqlayıb.

  Terror təşkilatı İŞİD 2014-cü ildə İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərini tamamilə və Diyalə ilə Kərkük vilayətlərinin isə bir hissəsini ələ keçirmişdi.

Bu bölgələr illər ərzində terrorçulardan azad edilmişdi.

Mənbə: https://eastnews.org/news/56188

Bu xəbəri paylaşın: