Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) 44 günlük Vətən müharibəsi günlərində Orduya dəstək kompaniyasında fərqlənən şəxslərin təltifini davam etdirib.
Vətənpərvər idmançı Sənan Veysil oğlu Əliyev AVMVİB-nin sədri Füzuli Rzaquliyevin əmriylə Fəxri fərmanla təltif edilib.

AVMVİB sədri Füzuli Rzaquliyev onu təbrik edərək bildirdi ki, Azərbaycan Ordusunun döyüş ruhunun yüksəldilməsi, gənclərə hərbi vətənpərvərlik duyğusunun aşılanması istiqamətində və ordumuza göstərdikləri maddi — mənəvi yardımlara görə Fəxri fərmanla təltif etdik. Ordumuz və Ali Baş Komandanımız hər birimizin qürur yeridir və bu işdə bizimlə birgə olanları unutmuruq.
Sənan Əliyev diqqət və qayğıya görə AVMVİB Rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Təbrik edirik!
Türkay Xaqan
