Jirinovskidən növbəti sərsəmləmə

Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski prezident vəzifəsinin adının dəyişdirilməsini təklif edib.

Fedai.az Virtualaz.org-a istinadən verdiyi xəbərə görə, o bildirib ki, “prezident” sözü ingilis mənşəlidir.

“ABŞ-dan və İngiltərədən olan uşaqlar bizə gülür, deyirlər ki, baxın, rusların hətta öz sözü də yoxdur ki, rəhbər vəzifəni o sözlə adlandırsınlar”, — Jirinovski bildirib.

Siyasətçinin fikrincə, Rusiyada dövlət başçısının “ali hökmdar” adlanması ideal olardı.

O, “çar” titulunun qaytarılması ideyasını rədd edib. “Monarxiya ideal variantdır, amma köhnəlib, vəssalam”,-Jirinovski deyib.

Bu xəbəri paylaşın: