AVMVİB rayon şöbələri şəhidlərimizin ziyarətində

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağcabədi, Xocavənd və Füzuli rayon şöbələrinin üzvləri şəhid məzarlarını ziyarət ediblər.


Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, AVMVİB Ağcabədi rayon şöbəsinin sədri Tələt Rüstəmov və AVMVİB Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov iştirak ediblər.


Müharibə veteranları şəhidlərimizin müqəddəs məzarlarını ziyarət edərək gül qoyub və şəhid ruhlarına dualar oxuyublar.


Bizimlə söhbətdə Akif Həsənov bildirdi ki, bu gündən etibarən bu cür ziyarətlərə start verdik. Şəhidlərimizi unutmamalıyıq.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elnur Səlim

Bu xəbəri paylaşın: