Ermənistan Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatları yerinə yetirmək üçün hər cür səy göstərməyə hazırdır.
Fedai.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.
“Ermənistan 9 noyabr (10 noyabr) 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bütün tədbirləri görməyə davam edəcək. Həm də tərəflər arasında üçtərəfli formatda konstruktiv dialoqu təmin etmək üçün hər cür səy göstərməyə hazırıq”, — deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, bölgədə müharibə Rusiyanın səyləri nəticəsində dayanıb: “Rusiyanın səyləri nəticəsində hərbi əməliyyatlar dayandı və regionda vəziyyətin deeskalasiyasına nail olundu. Xüsusilə Prezident Vladimir Putinin regionda sülhün əldə olunmasındakı rolunu qeyd etmək istərdim».
