Təhsil Naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən təhsillə bağlı maraqlı qalan sualları cavablandıracaq.
Bu barədə nazir öz “Facebook” səhifəsində paylaşım edib.
Bildirilib ki, 8 may saat 16:00-da baş tutacaq canlı yayımda aşağıdakı mövzulara toxunulacaq:
— Pandemiya dövründə tədrisin təşkili.
— Müəllimlərin işə qəbulu və yerdəyişməsi.
— 1-ci sinfə qəbul.
— Təhsil haqqı ödənişlərində sosial paket.

Bu xəbəri paylaşın:
