Pakistan Baş Naziri İmran Xan «İslam Əməkdaşlıq Təşkilatı»na üzv olan dövlətlərə çağırış edib.
Türk mediasının yaydığı məlumata görə, Baş Nazir vurğulayıb ki, üzv dövlətlər islamofobiya ilə mübarizədə fəal iştirak etməli və bunun qarşısını almalıdırlar. «İslam dinin terrorçuluq ilə adının bir yerdə hallanması yolverilməzdir.
Biz üzv dövlətlər birgə şəkildə iş aparıb bunun qarşısını almalıyıq», — deyə İmran Xan diqqətə çatdırıb.
O qeyd edib ki, İslam peyğəmbərinin dəfələrlə təhqir olunması qərb ölkələrinin dəstəyi ilə baş tutur.
Bu xəbəri paylaşın:
