Arayik Azərbaycana gövdə göstərir…

Azərbaycan Respublikası ərazisində 30 ilə yaxın müddətdə qondarılmış separatçı-terrorçu rejimin Rusiyanın qucağında oturmuş tör-töküntülərinin quldurbaşı Arayik Arutyunyan Kəlbəcər və Tərtər (Ağdərə) rayonları ərazisini gəzib.

Bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.

Dövlətimizin İnterpolla aradığı Araik Kəlbəcərin Həsənriz və Tərtərin Umudlu kəndlərində olub. Erməni kəndlilərlə görüşündə o, Həsənriz, Zərdəxaç, Qozlu körpü, Zəylik və Umudlu kəndlərində 44 günlük savaşdan sonra digər ərazilərdən köçmüş ermənilər üçün ev tikintisinin davam etdiriləcəyini bildirib.

Separatçı rejim bəhs edilən ərazini “Şaumyan rayonunun Aterk altrayonu” adlandırır.

Əgər bu üzdəniraq Arayik barədə cinayət işi qaldırmışıqsa, niyə onun həbs olunması istiqamətində heç bir tədbir görmürük? Bu adam Rustam Muradovla sarmaş-dolaş Qarabağda gəzir. Bizsə aldığımız rayonların yolunu Rusiyaya hədiyyə verib, baxa-baxa qalmışıq. Bu dövlət və ordu adına bir utancdır.

P.S. Son günlər gəbərmiş, gorbagor və üzdəniraq Njdenin heykəlini qovalamaqdansa, hələ də diri olan üzdəniraq Arayiki tutub Njdenin yanına göndərmirik? Biz Umudluya, Sırxavəndə, Qaraşlara, Bəşirlərə, Qaralara, Narışdara, İmarət Qərvəndə, Çərəkdara, Yeni Qaralara, Orta Güneyə, Baş Güneypəyə və Gəncxanaya dönmək istəyirik. Hazırda Ağdərə rayonunda 14 min nəfər erməni və 17 min azərbaycanlı əhali yaşadığı dəqiq faktlardır. Yerli əhalinin geri dönməsini təmin etmək missiyasını öz üzərinə götürmüş Rusiya sülhməramsızları bilməlidir ki, Ağdərə əhalisi yaxın aylarda öz yurdlarına qaytarılmasalar, bu addımı özləri atmağa məcbur olacaqlar…

BİZ AĞDƏRƏYƏ QAYIDIRIQ!

Bu xəbəri paylaşın: