Kim forpostdur — Rusiyamı, Ermənistanmı?

Dünyada çox az sayda müstəqil siyasət mərkəzi mövcuddur.

Müstəqillik — müasir zamanda nisbi anlayışa çevrilsədə, siyasi iradə nümayiş etdirməkdə fərq özünü biruzə verir. Belə mərkəzlərdən biri Rusiyadır. Bu ölkənin siyasətinə xaricdən çox, daxildən təsir etmək mümkündür.

Bunu anlayan erməni adlanan toplum, müttəfiq seçərkən tərəddüd etmədən Rusiyanın ətəyindən yapışdı. Bu seçim həm iqtisadi, həm siyasi tərəfdən onlar üçün düşərli oldu.

Rusiyanın fərqliliyi ondadır ki, prinsipial məsələlərdə iqtisadi maraqlarını siyası marağına qurban verməyi bacarır. ABŞ və müttəfiqləri belə addım atmağa qadir deyillər. Çünkü bu dövlətlər kapital sahiblərinin nəzarəti altındadır və siyasət apararkən, qoyulan məhdudiyyətlərdən kənara çıxa bilməzlər.

Onların arasında ziddiyət kimi görünən fərqli yanaşmalar isə, iri kapital sahiblərinin daxili çəkişmə təzahürüdür. Belə hallar ümumi dil tapana qədər davam edir.

Qərb Rusiyanı zəiflətmək üçün bizimlə müttəfiq ola bilər və bunu gözəl anlayan Ermənistan oradakı diasporunun gücündən bacarıqla istifadə edir.

Eldar Tağıyev
Ukrayna

Bu xəbəri paylaşın: