Nyu-York xəstəxanalarından birindən dəhşətli görüntülər yayılıb.
Fotolardan küçələrdən toplanan cəsədlərin torbalarda daşınması, eyni zamanda onların xəstəxana dəhlizində gözlədildiyi diqqət çəkir.
ABŞ-da pozitiv nəticə verən testlərin sayı 311 minə çatıb. Virusun sürətlə yayıldığı şəhər Nyu-Yorkdur.
Bu ölkədə təkcə son 3 gündə 100 min nəfər COVID-19-a yoluxub, 8500 nəfər ölüb. Son 24 saatda 1300-dən çox xəstə həyatını itirib.
ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında «önümüzdəki 2 həftədə təəssüf ki, hədsiz ölüm halları gözlənilir», — deyə qeyd edib.



Bu xəbəri paylaşın:
