«Jerusalem post- Israil» Türklərdən yazdı

REDAKSİYADAN: Bu yazını 2019-cu ildə «The Jerusalem post- Israil» yayınlayıb. Analitik yazıda Türk renesansına qarşı bir vahimə duyulmaqdadır. Bu gün yazıda deyilənlər bir-bir həqiqət olduğunu görüb məqaləni bir daha yayınlamaq qərarına gəldik.

Ərdoğanın əsl hədəfi Yunanıstanda təlaş yaratmaqla, lüzumsuz bir şəkildə diqqət yayındırmaq idi. Ancaq Ərdoğanın gözü şərqdədir. Milli silahlarını İslam ümmətinin silahına çevirmək, beləliklə bir İslam NATO-su qurmaq, Pakistanla birgə nüvə silahı əldə etmək, Suriyadan keçərək Qüdsə girmək, YPG-yə son qoyaraq ərəblərlə əlaqə qurmaq, Şərqi Aralıq dənizində neft və qaz çıxararaq bir gücə çevrilmək, Kipr üzərindən Qəzzaya getmək, Amerikanı Yaxın Şərqdən qovmaq və Xilafət elan etmək istəyir. Suriya müharibəsi, İsrailin «olum, ölüm» müharibəsidir. Amerika Suriyanı itirərsə, Yaxın Şərqdə cihad başlayar, Türklər və ruslar mücahidlərə silah verər, Amerika İraq və Misiri itirər və bu bölgələr Türklərin nəzarətinə keçər. Türkləri, yalnız hava hücumunda dayandıra bilərdik, amma gecikdik.

Milli hava müdafiəsini qurmağa hazırlaşırlar. İlk təmasları YPG ilə oldu və YPG-ni İsrail silahlandırmışdı. Onlar ortada görünmürlər. Türk əsgərləri hər gün onların 50 əsgərini məhv edir. Ümid Aralıq dənizi sahillərində vahid Avropa donanmasına qalır. Onlar da təhlükəli həddə çatmaq üzrədirlər. Bu birləşmiş donanma tezliklə türklərə məğlub ola biləcək dərəcədə kritik bir həddə çatacaqdır.

Yəni istənilən kimi fəaliyyətdə olmayacaqlar. Türklər həmin donanmaya qarşı da hazırlaşırlar. Kiprdə hərbi dəniz bazaları və gəmi əleyhinə raketlər yerləşdirblər. S-400 batareyalarını Aralıq dənizi sahillərində və Kiprdə quraşdırdılar. Tezliklə bərabər güclə birləşmiş donanma ilə qarşılaşacaqlar. Türkiyə bunlari tək başına edə bilirsə, İslam NATO-su ilə nələr edə bilər?..

Zaman türklərin xeytrinə işləyir və indi onlar düşmənimizə çevriliblər. Türkləri məğlub etsək, İslamı məğlub edəcəyik. Türkləri məğlub edə bilməsək, heç kim İslamı dayandıra bilməz və İsrail də namaz qılar. Fələstinlilərə itaət edəcəksiniz. Şəriət ilə sizə hökm edəcəklər. Təl-Əvivdə və Qüdsdə hər yerdə azanlar eşidəcəksiniz. Bu torpaqda heç bir yəhudi qoymazlar. Bazarlarda qadınlarınız kəniz kimi satılar. Uşaqlarınız səndən alınır, mücahid kimi böyüdülər. Yəhudilik bütün dünyada məhv edilər. Bunu qeyd edim ki, Türklərin yüksəlişi, təkcə Ərdoğanla bağlı deyil, Ərdoğandan sonra da belə bir proses bu və ya digər şəkildə davam edəcəkdir. Bu Ərbakanın doktrinası idi və o proses başlanmışdır.

Bu günün və ya sabahın heç bir fərqi yoxdur. İsrail indi görməlidir ki, heç nə türklərin hədəflərini dəyişdirməyəcəkdir. Ərdoğan gedər, «Türklər bitər» düşüncəsi çox yanlışdır, başqası bu işi sona çatdıracaq. Türklərin tarixinə baxın, hadisələr, ümumiyyətlə, elə-belə deyil, doktorina üzrə baş verir. Türkiyədəki müxalifətə də güvənməyin, zamanla o da qalmayacaq. Dediyim kimi, zaman düşmənimizdir, sizə deyirəm və işlər heç də planlaşdırdığımız kimi getmir, deyəsən Ellahinin başqa bir planı var./The Jerusalem post- Israil/

18 oktyabr 2019-cu il

Bu xəbəri paylaşın: