Veteranları Həzi Aslanovun büstünü ziyarət ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsi veteranları 9 may günü 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstünü ziyarət ediblər.

Bu barədə məlumatı AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev sosial şəbəkədə paylaşıb: «AVMVİB Zəngilan rayon şöbəsinin bir qrup üzvü babalarımızın Alman faşistlərinin üzərində qazandığı qələbənin 76 cı ildönümü münasibətilə Şəhidlər Xiyabanında 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstünü ziyarət edib, tər güllər qoyduq. Alman faşistləriynən savaşda həlak olan azərbaycanlılarımızın və Qarabağ şəhidlərinin ruhuna fatihə oxuduq. Sonra 44 günlük Vətən müharibəsi zamanı ermənilərdən götürülən texnikalardan yaradılmış Qənimətlər parkını ziyarət etdik. Parka çatanda park nəzarətçiləri bizi çox gözəl qarşılayıb növbədən kənar parka keçidimizi təmin etdilər.

Qənimətlər parkı çox gözəl dizayn edilmiş, həqiqi döyüş səhnəsini xatırladır. Parkda sərgilənən düşmən texnikalarını görəndə Azərbaycan ordusunun qüdrəti bir daha özünü sünut edir.

Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa, Şanlı Ordumuza can sağlığı diləyirəm!»

Bu xəbəri paylaşın: