Bu gündən, yəni Nazirlər Kabinetinin yanında Operativ Qərargahın sərəncamı ilə 05.04.2020 ci il tarixdən Polisin icazəsi olmadan evdən çıxmaq qadağandır.
Evdə qal, sağlam qal! Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün qoyulan qanunlara qeyd-şərtsiz əməl edirik və hamınızı qaydaları pozmamağa evdə qalmağa dəvət edirəm. Zərurət olmadığı təqdirdə evdən çıxmayın. Gəlin birlikdə bu pandemiyaya qalıb gələk.
Amma… məni düşündürən başqa bir məsələ var. Dövlətdə işləyənlər maaşlarını alıb evdə qalan bir vaxtda, milyonlarla günəmuzd işləyən fəhlələr, taksi sürücüləri, fotoqraflar, restoranlarda işləyın ofisiantlar, 80 manat təqaüd alan veteranlar və başqa sahədə çalışan günəmuzd işçilər ac- susuz bu kompaniyaya necə əməl etsinlər?
İnsanların çoxu çətin vəziyyətdə yaşadığı bir vaxtda xalq olaraq bir birimizə dəstək olaraq bu bəladan çıxa bilərik.
Dövlət və İmkanlı şəxslər belə ailələrə maddi yardım etməlidir ki, bu bəlanı asan adladaq.
Hər halda «Evdə qalın. Yaxınlarınızı, uşaqlarınızı, ətrafınızı qoruyun!»
Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri
