İsrail Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti ölkədəki mülki insanlara qarşı raket hücumlarını qınamağa və özünümüdafiə hüququnu dəstəkləməyə çağırıb.
Fedai.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrail XİN bəyanat yayıb:
“Biz beynəlxalq cəmiyyəti İsrail vətəndaşlarına qarşı raket hücumlarını və Fələstin terrorizmini mümkün qədər sərt şəkildə qınamağa və İsrailin özünümüdafiə hüququnu dəstəkləməyə çağırırıq. “Həmas” və Fələstinin Qəzza zolağındakı digər terror təşkilatları İsrail ərazilərinə intensiv raket atışları həyata keçirir, yalnız mülki obyektlərə və yaşayış məntəqələrinə zərbə vurmağa çalışırlar”.
İsrail dövlətinin vətəndaşlarını qorumaq üçün lazımlı addımları atacağı və ölkənin mülki əhalisinə qarşı hücumların cavabsız qalmayacağı vurğulanır.
Bəyanatda xüsusi olaraq qeyd edilir ki, İsrail Qüdsdəki vəziyyəti düzəltməyə çalışır.
Xatırladaq ki, HƏMAS-ın silahlı qanadı «İzzəddin al-Kassam briqadaları» İsrailin Təl-Əviv şəhərinə və onun ətrafına tərəf 130 raket buraxdığını elan edib. “The Times of Israel” qəzeti isə bildirib ki, HƏMAS silahlılarının İrailin Təl-Əviv şəhərini raket atəşina tutması nəticəsində 1 nəfər həlak olub, azı 8 nəfər xəsarət alıb. Atəş zamanı 1 avtobus yanıb.
