19 yaşlı bir gənc məktəbə hücum etdi və tutuldu. Rusiya Federasiyası İstintaq Komitəsi qətl maddəsi ilə cinayət işi açıb. Tatarıstanda 12 May matəm günü elan edildi.
Tatarıstan paytaxtında 175 nömrəli gimnaziyada baş verən atışma nəticəsində yeddi uşaq və iki yaşlı şəxs öldü. Səhiyyə naziri Mixail Muraşkonun sözlərinə görə, daha 18 uşaq yaralanıb, onlardan səkkizi güllə ilə yaralanıb. Bundan əlavə, idman salonundakı atışma nəticəsində bir neçə şəxs yaralanıb, onlar da güllə yaraları ilə xəstəxanaya yerləşdiriliblər, deyə Tatarıstan rəhbəri Rüstəm Minnixanov bildirib.

“Yeddi uşağımızı itirdik. Bunlar səkkizinci sinif şagirdləridir — dörd oğlan və üç qız, bunun xaricində bir müəllim və bir qadın işçi. Ümumilikdə doqquz nəfər itirmişik. 18 uşaq uşaq kliniki xəstəxanasındadır. Təəssüf ki, güllə yarası alanlar var, qırıqlar və qançırlar da var. Həkimlər uşaqlarımızın həyatını xilas etmək üçün hər şeyi edirlər. İki yaşlı şəxs isə yeddinci respublika klinik xəstəxanasındadır. Onların da güllə yaraları var ”-deyə Minnixanov bildirib.
Sosial şəbəkələrdəki görüntülər əvvəlcə təhsil müəssisəsindən uşaqların boşaldılmasının özbaşına baş verdiyini, bəzi şagirdlərin üçüncü mərtəbənin pəncərələrindən atladığını göstərir. Təsdiqlənməmiş məlumatlara görə, yaralanan xəsarətlərdən daha iki nəfəri ölüb. Faciənin ilk dəqiqələrinin təfərrüatlarını bir şahid və «Ъ FM» (Komersant) radiosunun aparıcısı kimi Maksim Zaretskiy bölüşüb.
«Hər kəsə nifrət etməyə başladım, həmişə hər kəsə nifrət edirdim» — qətldə şübhəli bilinən şəxs tutulduqdan sonra ilk açıqlamalar belə olub. 19 yaşlı İlnaz Qalyavievin dindirilməsinin videosu bir neçə saniyədə sosial şəbəkədə ən çox izlənən kadrlara çevrildi. Onu tanıyanlar Kazan qatilinə səssiz, səliqəli və dava-dalaşdan uzaq olmasını deyirlər. Ancaq dindirmə görüntüləri bunun əksini göstərir.

Gənc adam nifrəti barədə vəhşicəsinə qışqırır və açıq-aydın görünür ki, özündə deyil. Şübhəli daha öncədən bütün canlılara nifrət etməyə başlayıb. Ona məxsus olması iddia edilən sosial şəbəkə səhifəsindəki görüntülər, onun özünü Tanrı ilə müqayisə etdiyini və bu dünyanı canlılardan təmizləmək üçün gəldiyini söyləyib. Faciədən iki həftə əvvəl odlu silah saxlamağa icazə aldığı aydın olub. Bildirilir ki, Qalyavyiev rəsmi olaraq silah icazəsini bu ilin aprel ayının 28-də alıb. Mart ayında Rusiya Qvardiyasının yerli şöbəsinə lisenziya üçün sənədlər təqdim edib və bir ay sonra icəzəni əldə edib. Sonra isə 2017-ci ildə istehsal olunmuş “Hatsan ESCORT” tüfəngini alıb. Qalyaviyev silah almaq üçün Yoşkar-Ola gedib. Satıcılar müstəntiqlərə deyiblər ki, İlnaz uzun müddət hansı silah alacağına qərar verə bilməyib, nəhayət, Türkiyə istehsalı olan silahı götürüb.
Atəş səsləri və 175 saylı gimnaziyanın pəncərələrindən düşən uşaqlar. Qorxunc kadrlar şahidlər tərəfindən lentə alınıb. Saat 9: 30-da təhsil müəssisəsində atəş açıldı. Güllədən qaçan məktəblilər pəncərələrdən sıçrayıblar. Son məlumatlara görə, səkkiz nəfər ölüb, 21 nəfər isə yaralanıb, onlardan 8-nin vəziyyəti ağırdır.
Qorxunc kadrlar — öldürülən uşaq cəsədləri və qan gölməçələri. Sakit və münaqişəsiz deyilən bir gəncin geridə buraxdığı mənzərə budur…
Elnur Səlim
