Fedai-lər olaraq dünən şəhərdə qadağalara riayət olunmasını izləmək və apteklərdə qoruyucu vasitələrin satışı ilə maraqlanıblar. Elə ilk gün Binəqədi rayon ərazisində 10-dan çox aptekə qoruyucu maska üçün müraciət ediblər.
Hamısından “bizdə maska yoxdu” cavabını alıblar.
Maraqlıdır ki, əczaçılar «bu gün həftənin bazar günüdür, ona görə də maska yoxdur», deyə eyni şablon cavab veriblər.
Bu əczaçıların dediklərindən belə çıxır ki, Azərbaycanda həftənin bazar günləri koronavirus «olmur»muş…
Evdə qalın!, çöldə bir dəyişiklik yoxdur. «Alma» desəm çıxarsınız…
Elnur Səlim


