Şuşada «Xarı bülbül» festivalı keçiriləcək

Şuşada keçiriləcək olan Xarıbülbül festivalında 15-dən artıq ölkənin nümayəndəsi, mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

Həmçinin Ramazan bayramından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyev ilə birlikdə Şuşaya səfər edəcək. Onların səfərləri vaxtı festivalın keçirilməsi gözlənilir.

Əlavə olaraq, onlar Şuşada ilk məktəbin və konsulluğun bünövrəsini qoyacaqlar.

Qeyd edək ki, Şuşadakı Xarıbülbül festivalı son dəfə 1991-ci ildə keçirilmişdi.

Leyla Həsənova

Bu xəbəri paylaşın: