44 günlük müharibənin hələ danışılacaq çox qəhrəmanları var. Bu gün sizlərə Səfərovlar ailəsinin igid oğullarından danışmaq istəyirəm.
Səfərov Cəsarət Xaliq oğlu və Səfərov Şahmar Nazim oğlu onlar təkcə əmi oğlu yox həm dost, həm yoldaş, həm sirdaş, həm də ən əsası qardaş idilər. Birlikdə böyüdülər, birlikdə vətənə xidmət etdilər və hər ikisi vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Deyirlər insan taleyində ona qoyulan adın çox önəmi var. Həqiqətən də adının haqqını verdi Cəsarət.
O, 2001-ci ildə Bakı şəhərində anadan olmuşdu. Məktəbdə oxuduğu zaman digər uşaqlardan ürəyi açıqlığı, mehribanlığı, vətənpərvərliyinə görə həmişə fərqlənib. Məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Universitetinə qəbul olub və təhsilini qiyabi davam etdirib. Birinci kursu bitirdikdən sonra 2019-cu ilin iyul ayında hərbi xidmətə çağırılır və Gəncədə hərbi xidmətini davam etdirir. Şəhidin bacısı Həqiqət xanım bildirir ki, tale elə gətirir ki, əmisi oğlu Səfərov Şahmar Nazim oğlu da həmin hərbi hissəyə leytenan olaraq təyin edilir.
-“Bir il eyni hərbi hissədə xidmət etdikdən sonra 2020-ci ilin may ayında Səfərov Şahmar Nazim oğlu xüsusi təyinatlı dəstəyə keçir və təyinatını Daşkəsənə verirlər. Bir müddət sonra Vətən müharibəsi başlayır və sentyarın 27-si Səfərov Şahmar Nazim oğlu Murov dağı ərtafında gedən döyüşlər zamanı şəhid olur. Müharibənin ilk şəhidlərindən biri olub.
Lakin nəşi 53 gün sonra ailəsinə təhvil verildi və Üçüncü Şəhidlər Xiyabanda dəfn edildi”.
Ruhunuz şad olsun qardaşlar…
Leyla Həsənov
