Erməni əsgərlər Qarabağa gəlməkdən boyun qaçırırlar…

Armlur.am-a daxil olan məlumata görə, Qafanda yerləşən hərbi hissənin komandiri Arayik Madatyan bu yaxınlarda eyni hərbi hissədən bir neçə hərbçi ilə qarşıdurmaya girdiyi bildirilib.


Onlara qarşı fiziki güc tətbiq edib. «İstədiklərimə nail olmasam, deməli bu hərbi hissənin komandiri mən deyiləm … Hər ikinizi də sındıracağam»- Madatyan tabeçiliyində olanlara hiddətlənərək belə deyib. Saytın yazdığına görə, 44 günlük müharibədən sonra bir qrup çağırışçı Qarabağdan məzuniyyətə gəlmişlər, onlardan bəziləri isə hərbi xidmətlərini başa vurmaq üçün Qarabağa qayıtmaqdan imtina etmişlər.

Nəticədə, Ermənistan Müdafiə Nazirliyi Qarabağa getməkdən imtina edən çağırışçıların Ermənistanın müxtəlif hərbi hissələrinə göndərilməsinə və bölüşdürülməsinə qərar verib. Qafanda yerləşən hərbi hissənin komandiri Arayik Madatyan, çox güman ki, eyni əsgərləri «hədəfə alıb» və nəticədə bir hadisəyə gəldi. Demək olar ki, bütün hərbi hissə bu münaqişəyə şahidlik edib. Hərbçilər komandirlərini sakitləşdirməyə çalışsalar da, o, qışqırmağa davam edib.

Bu xəbəri paylaşın: