Rustam Muradovun gedişi daha iki ay ertələndi

Rusiyanın hərbi müxbiri Aleksandr Kots bildirib ki, məndə olan məlumata görə, general Muradov daha iki ay Qarabağdakı rus sülhməramlılarının komandanlığında qalacaq.

“Son günlər Azərbaycan və Ermənistan Rusiya rəhbərliyindən xahiş etdilər ki, işlərin və vəzifələrin təhvil verilməsi prosesi başlansa da, hələlik onu dəyişməsinlər. Artıq Cənubi Hərbi Dairə komandirinin müavini general-leytenant Aleksey Avdeev onu əvəz edəcəyi də məlumdur.

Göründüyü kimi bu təlatümlü günlərdə, vəziyyətin və problemin xüsusiyyətlərinə tamamilə bələd olan generalı bir qədər də səlahiyyətli şəxs kimi saxlamağa qərar verdilər. Ona görə də Rüstəm Usmanoviçin yer dəyişməsi təxirə salındı ​​”- deyə Kots yazıb.

Bu xəbəri paylaşın: