Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşaq Arutyunyan arasında telefon danışığı olub.
Qaynarinfo Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı S. Şoyqu erməni həmkarı ilə ikitərəfli əməkdaşlığa dair məsələləri, regiondakı və Rusiya sülhməramlı kontingentinin olduğu Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
P.S. Biz də tezliklə bu cür müzakirələrə başlamalıyıq. Məsələn, Çin ilə Çita vilayətini, Yaponiya ilə Kuril adalarını, Almaniya ilə Kalininqradı, Finlandiya ilə Kareliyanı və s. müzakirələrə çıxarmalıyıq. Hələ işğal etdiyi Krımı, Abxaziyanı, Osetiyanı, Donbası, Luqanskı, Dnestryanını və s. demirik. Niyə də olmasın. Bizim ərazini Ermənistanla müzakirəyə çıxaran bir siyasi əxlaqı olmayan dövlətə qarşı bu cür etmək vacibdir.
