Türkiyənin Milli Müdafiə Nazirliyi PKK/YPG-PYD-KCK qruplaşmasının “yüksək vəzifəlisi” “Sofi Nurettin” kod adlı terrorçu Halef əl-Məhəmmədin məhv edilməsinin görüntülərini yayıb.
“Report” xəbər verir ki, Türkiyənin pilotsuz uçuş aparatları onun İraqın şimalında gizləndiyi mağaraya zərbə endirib.
«Sofi Nurettin»in Suriyadan İraqın şimalına keçməsi YPG/PYD-nin PKK/KCK terror qruplaşmasının Suriya qolu olduğunu bir daha təsdiqləyir», — nazirlikdən bildirilib.
“Sofi Nurettin” 2015-2020-ci illər arasında İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olub.
Terorçunun zərərsizləşdirilməsinin videosunu təqdim edirik:
