44 günlük müharibədə iştirak edən erməni əsgəri müharibə ilə bağlı xatirələrini «Armenian News» portalı ilə bölüşüb.
O, adını açıqlamaqdan və tanınmaqdan qorxduğu üçün müsahibə zamanı çəkilişə icazə verməyib.
Azərbaycan KİV-lərinin verdiyi xəbərə görə, müsahibə zamanı müxtəlif sualları cavablandıran hərbi qulluqçu yalnız həqiqətləri söyləcəyini bildirib:
«Nə qədər acı olsa da, bu faktdır. Mən piyada bölüyündə Şuşa Kərkicahan istiqamətində döyüşmüşəm. Bu dəhşətli günlər idi. Bir daha həmin anları yaşamaq istəmərəm.
Azərbaycan əsgərləri hər cəhətdən bizi üstələyirdi. Həm təchizat, həm döyüş üslubu, taktikası, texnikası bir sözlə hər şeyi ilə. Amma yalan deyə bilmərəm orada texnika görmədim. Qayalardan qalxıb, aramıza sızmışdılar. Mən həmin döyüşdə sağ qalan yoldaşlarımla birlikdə geri çəkildim. Həmin ərazidə də, 1 gündən artıq qalmadıq. Oradan da, çıxdıq. Mənim silahım pulemyot idi. Gülləni üstlərinə səpirdim, yenə bizə tərəf gəlirdilər.
Bizim döyüşə girdiyimiz qrup isə 20-25 nəfərlik bir qrup idi. Biz isə həmin istiqamətdə iki qrupa bölünüb yerləşmişdik. 54 nəfər idik.
Bizdə həmin mövqedə iki T 72 tankı vardı. Bir BMP-2 isə bizdən arxada mövqe tutmuşdu.
Qayalardan dırmaşıb gəldilər. Səhərə yaxın olardı. İki qrupumuz da, sağdan soldan onları vururdu. Necə deyim, onlar adam deyillər, vəhşidirlər, əlbəyaxa döyüşüb əsgərlərimizi boğub öldürürdülər. Təsəvvür edin 3-4 metr yaxınlığımıza kimi gəlib çıxdılar, əlbəyaxa döyüş getdi. Bizim qrupda da, 30-a yaxın xüsusi təyinatlı vardı. Onlarda da, əksəriyyəti xüsusi təyinatlılar idi. Bizim əsgərlər azərilərə «Yaşma, Yaşma» deyirdilər. Silaha qarşı bıçaqnan, təpiklə, əlbəyaxa formada döyüşürdülər. Yaralıları vardı. Güllə atırsan, yenidən durub üstünə cumurdular. Biz elə bil ki, adi insanlara qarşı döyüşmürdük.
Deyirəm də vəhşidirlər. Biz orada iki tankımızın ikisini də itirdik. Vurdular. Bizim BMP-nin atəş dəstəyi ilə ərazidən çıxdıq. Oradan cəmi 7 nəfərlə çıxdıq. Həmin 7 nəfərin də, biri də yaralanmışdı. Başa düşdük ki, döyüşməyin mənası yoxdur. Bizi də, öldürəcəklər. Amma kim təslim olurdusa, atmırdılar. Əsir götürürdülər. Mən kontuziya almışam. Artıq 5 aydan çoxdur ki, qayıtmışam. Amma heç kim mənimlə maraqlanmır. Hara müraciət edirik, deyirlər ki, şükür elə ki, sağ qalmısan. Get işlə özün qazan. Deyirlər ki, büdcədə pul yoxdur. Vəsait ayıra bilmərik»…
