Qəlbimizdə silinməz iz qoyan, böyük vətənpərvər, şəxsiyyət, Mill Məclisin büdcə kamisiyasının sədri Səttar Səfərov yad edilib. O, gələcək nəsillər üçün bir nümunə idi. Gözəl insan, fədakar ziyalı, qayğikeş şəxsiyyət, qəlbimizdə əbədi yaşayan, əsil vətənpərvər, özünə məxsus, acıq qəlbli insan, gözəl alim!
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev məlumat verib.
İlham Beydullayev bildirdi ki, «alim köçər, amma adı yaşar bu dünyada. Yaxşı insan, yaxşı dost, tanınmış siyasətçi və islahatçı Səttar müəllimi xatırlayarkən ondan bizə nə qaldığını düşünürəm.
O, sadəcə el üçün yaşadı!»
21. 05. 2021- ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsi Səttar Səfərovu Qurd Qapısı deyilən yerdə (ikinci Fəxri Xiyabanın yaxınlığında) 84 illiyi ilə bağlı əziz xatirəsini anmaq üçün ailəsi ilə birlikdə Anım tədbiri keçirdi. AVMVİB Ağdaş rayon şöbəsinin sədri İ. Beydullayev veteranlar adından Səttar Səfərovun 84 illiyi ilə bağlı təşəkkürnaməni mərhum millət vəkilinin ailəsinə təqdim edib. Təşəkkürnamədə mərhum millət vəkili barədə xoş sözlər yazılıb.
Bu addım bir daha göstərdi ki, müharibə veteranları onlarla birgə olan səmimi və vətənpərvər insanları heç zaman unutmurlar.
Xatırladaq ki, Azərbaycan Milli Məclisinin (MM) keçmiş deputatı Səttar Səfərov 74 yaşında dünyasını dəyişib. Səfərov Səttar 1937-ci il iyulun 18-də Qərbi Azərbaycanda (indiki Ermənistan) Vedi rayonunun Şirazlı kəndində anadan olmuşdur. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. 1955-ci ildə Ağdaş və Bərdə rayonlarında fəhlə işləyib. 1964-cü ildə Yevlax və Bakı şəhərlərində müəllim, 1966-cı ildən Azərbaycan Neft və Kimya İnstitutunun siyasi iqtisad kafedrasında müəllim, 1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda aspirant olub. 1985-ci ildən iqtisad elmləri doktoru, 1986-cı ildən isə professordur. 1971-ci ildən Moskva Kooperativ İnstitutunun bakı filialında baş müəllim, dosent, kafedra müdiri, 1989-cu ildən direktor müavini, direktor, 1995-ci ildən Azərbaycan Kooperasiya İnstitutunun rektor vəzifəsində işləyib. 8 kitabın və 170 elmi məqalənin müəllifidir. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Dövlət İdarəçilik Akademiyasının professoru olub.
Tədbirdə AVMVİB birinçi müavini Kamil Şirinov, AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev, rayon şöbəsinin üzvləri Əflatun Məmmədov, Azər Hacıyev və digər qonaqlar iştirak edirdilər.
Mərhumun əziz xatirəsinə dualar oxundu, ailəsinə AVMVİB Ağdaş rayon şöbəsi adından təşəkkürnamə təqdim edildi.
Tədbir ikinci Şəhidlər Xiyabanında davam etdirildi. Vətən Müharibəsi şəhidlərinin məzarları yad edildi. Ağdam rayon 149 saylı məktəbin şagirdləri və müəlimləri də tədbirdə iştirak edirdilər.
Tədbirdə AVMVİB sədrinin I müavini Kamil Şirinov, AVMVİB Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov, Ağdaş rayon veteranları və digər qonaqlar iştirak edirdilər.
Şəhidlərin ruhuna dualar oxundu.
Türkay Xaqan







