Veteranlarımız daha bir şəhidin xatirəsinə həsr olunmş Xatirə bulağının açılışını etdilər — Beyləqan

Beyləqan rayonunda Vətən müharibəsi şəhidi, 1996-cı il təvəllüdlü Qəhrəman Bəhmən oğlu Rzayevin əziz xatirəsinə həsr edilmiş Xatirə Bulağının açılışı olub.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov məlumat verib.


AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov bildirdi ki, Xocavənd və Beyləqan rayonunda yaşayan veteranlar daim şəhidlərimizin əziz xatirələrini əbədiləşdirməyə çalışırlar. Artıq bu bir ənənə halını alıb və əhali bu addımı yüksək qiymətləndirir. Bu cür tədbirləri biz illərdir ki, AVMVİB sədri Füzuli Rzaquliyevin rəhbərliyi ilə həyata keçirmişik və bundan sonra da keçirəcəyik.


Bu gün ölkənin hər yerində şəhidlərin əziz xatirəsinə dərin ehtiram bəslənildiyinin şahidləriyik. Bakının ən uca yerində qərar tutan Şəhidlər Xiyabanı dövlətimiz tərəfindən yüksək səviyyədə abadlaşdınlıb və bütün azərbaycanlıların, Vətənimizi, xalqımızı sevən hər kəsin and, ziyarət yerinə çevrilib.

Burada yaradılan möhtəşəm kompleksdə şəhidlərin xatirəsinə əbədi məşəl alovlanır. Bundan başqa, respublikanın digər iri şəhərlərində, rayonlarında, kənd və qəsəbələrində də Şəhidlər xiyabanı vardır. Bütün bunlar xalqımızın Vətən uğrunda canından keçmiş şəhidlərimizə verdiyi dəyərdir.


Böyüməkdə olan nəslin təlim-tərbiyə aldığı çoxlu sayda məktəbə şəhidlərin adı verilib, onlarca küçə, park şəhid bacı və qardaşlarımızın adını daşıyır, yolların kənarlannda, məhəllələrdə, gediş-gəliş gur olan yerlərdə onların xatirəsinə ehsan bulaqları tikilib. Bütün bu addımlar ölkəmizin gələcəyi üçün edilir. Şəhidinə, veteranına dəyər verməyən xalqın gələcəyi yoxdur. Şəhidlərin davamçıları varsa, arzulan həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar.


Şəhidlər, yalnız unudulanda ölərlər. Biz obları unutmamalıyıq.

Tədbirdə yerli sakinlər, yerli müharibə veteranları və qonaqlar iştirak ediblər. Şəhidin əziz xatirəsinə tikilmiş ehsan bulağının açılışı olub və ruhuna dualar oxunub.


Allah şəhidlərimizə rəhmət eləsin!

FOTOLAR VƏ VİDEO kadrlar Şahzadə İbrahimova məxsusdur.


AVMVİB Mətbuat Xidməti


P.S. Aldığımız məlumata görə tədbirə təşrif buyuran millət vəkili Şahin İsmayılovla bağlı insident yaşanıb.


Unikal.org-un məlumatına görə, sakinlər deputatın fəaliyyətindən narazılığını dilə gətirərək, onu tədbirdən qovublar.


Həmçinin ona «Qənirə Paşayeva qədər də ola bilmədin sən» deyə etiraz ediblər. Xalq onun 44 günlük savaş zamanı bölgədə görünməməsinə görə, öz etirazlarını bu cür bildiriblər.

P.P.S. Xalqın haqlı olaraq özünə yaxın olmayanlardan üz çevirməsi hər kəsə bir dərs olmalıdır…

Bu xəbəri paylaşın: