Müharibənin «Azərbaycan sindromu» öz işindədir…Hər halda «5», «2»-dən böyükdür

5 medala layiq görülmüş şəhid kapitan Həmid Cəfərlinin anası Təhsil Nazirliyinə müraciət edib ki, oğlunun oxuduğu 88 saylı (Zəkalar litseyi) məktəbə şəhidin adı verilsin.

«Ağıllı» nazirlik cavab yazır ki, oğlunuz 1994—cü ilin Əsasnaməsinə görə Sovet İttifaqı Qəhrəmanı olsa idi, verilə bilər?!

Ay geridə qalmışlar, 44 günlük müharibənin qəhrəmanları, 1994-cü ildə heç anadan olmamışdılar. Bəs siz, harada idiniz, 2020-də, niyə getmədiniz müharibəyə?!?

Biz «Şəhid adlarının əbədiləşdirilməsi» ilə bağlı Nazirlər Kabinetinin qərarının bilərəkdən bu şəklə salanların cəzalandırılmasıı tələb etmişdik. Lakin kimsə cəzalandırılmadı və üstəlik Qərara edilmiş bu uğursuz düzəliş də acı təəssüf doğurur.

Təhsil nazirliyi bu kökdə olan bir millətin batması qaçılmazdır. Əvvəllər nadanlıq, avamlıq gözdən uzaqlarda olardı. İndi onlar bizim «baş tacımız» olublar…

Görəsən bu nadanlar hansı quyulardan çıxır və görəsən bu nadanlıq quyuları, nə vaxtsa qapanacaqmı?!

Elmar Hüseynov

AVMVİB Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik

Bu xəbəri paylaşın: