TƏBRİK: Elşən Əsgərov — 56

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvü, Əfqanıstan və Vətən müharibələri veteranı, ehtiyyatda olan mayor Elşən Əlisultan oğlu Əsgərovun 56 yaşı tamam olur.


Elşən Əlisultan oğlu Əsgərov 26 may 1965-ci ildə Şamaxı rayonunda anadan olub. 1987-ci ildə Leninqrad (indiki Sanktpeterq) Frunze adına Ali Hərbi məktəbi bitirib. 1987-1988-ci illər Əfqanıstanda, 1988-1991-ci illərdə Culfa, Qubadlı və Zəngilanda, 1992-1998-ci illərdə isə Daxili Qoşunlarda Biləcəri, Sumqayıt və Füzulidə müxtəlif vəzifələrdə çalışıb. N saylı hərbi hissədə bölük, tabor komandiri, hərbi hissənin qərargah rəisinin müavini, hərbi hissə komandirinin silah və texnika üzrə müavini, Alay komandirinin müavini, qərargah rəisi olub.


Ağdam və Füzuli uğrunda gedən döyüşlərin iştirakçısı olub. İctimai həyatdakı və döyüşlərdəki xidmətlərinə görə üzvü olduğu AVMVİB-nin təsis etdiyi xatirə medallarıyla və Fəxri fərmanla təltif olunub.

Müharibə veteranı Elşən Əsgərovun ooğlu da Vətən uğrunda müharibədə iştirak edib. Veteran atanın veteran oğlu…

Elşən Əsgərovun 56 yaşı tamam olur.


AVMVİB Rəhbərliyi bu münasibətlə, Elşən Əsgərovu təbrik edir, uzun ömür, can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayır.
100 yaşa, Elşən bəy!


Bütün gözəlliklər sizin olsun!
AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranların İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: