Azərbaycanın Respublika gününə təsadüf edən bir döyüşçünün ad gününü təbrik etmək xoşdur.
Müharibə veteranı, ehtiyyatda olan mayor İradə İsmayılovanın ad günüdür.

Düşmənə qarşı döyüşlərdə iştirak etmiş qeyrətli xanımlarımızdan olan İradə İsmayılova Daxili Qoşun hissələrinin tərkibində 1992-ci ildən etibarən xidmət etmiş ilk qadın zabitlərimizdən biridir. Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında yaxından iştirak edən vətənpərvər İradə xanımın döyüş xidmətləri medalla, döş nişanı və Fəxri fərmanlarla mükafatlandırılıb.
Mayor İradə İsmayılova öz fədakar xidməti ilə zabit sərəfini daim uca tutmuşdur. Iradə xanım, istər hərbi hissədə tərbiyə işləri üzrə bölmədə, istər Daxil Qoşunlarin Ali Ali Hərbi məktəbində baş müəllim, Daxil Qoşunlarin bas idarəsində kadrlar və mənəvi-psixoloji hazırlıq şöbələrində işləyərkən, Vətənə və xalqa sədaqətlə xidmet etmiş, səmərəli fəaliyyəti ilə, teşkilatçılıq bacarığı ilə işguzarlıq və mənəvi keyfiyyətləri ilə həmişə seçilmişdir.
Müharibə veteranının iki oğlu var. Bir oğlu 44 günlük Vətən müharibəsinin iştirakçısıdır və döyüş xidmətləri medalla təltif edilib.
Vətənpərvər döyüşçü xanım İradə İsmayılovanın ad günü münasibətiylə təbrik edir, uzun ömür can sağlığı və xoş günlər arzu edirik!
100 yaşa, İradə xanım!
Bütün gözəlliklər sənin olsun!
AVMVİB Rəhbərliyi, Fedai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev








