İlham Əliyev Ağdama səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfərə gəlib.

Dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində və Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasimində iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində və Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.

İlham Əliyev Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində və Ağdamda Şahbulaq qalasında olub.

Bu xəbəri paylaşın: