AVMVİB Binəqədi rayon şöbəsi müəllimi təltif etdi

«Dahi» Uşaq Tədris Mərkəzinin müəllimi Aida Vəliyeva Fazil qızı, müharibə veteranlarının, şəhid ailələrinn və müharibə əlillərinin övladlarına göstərdiyi xüsusi diqqət və qayğıya görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən Fəxri Fərmanla təltif olunub.

Fəxri Fərmanı Aida Vəliyevaya AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov təqdim edib.

Mərdan Ələsgərov bildirdi ki , xalqın inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır. Dövlətçiliyin, müstəqilliyin möhkəmlənməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli gənc kadrların yetişib avanqard qüvvəyə çevrilməsindən çox asılıdır. Azərbaycan təhsili bütün dövrlərdə dövlətin diqqət və qayğısını hiss edib. Xüsusilə, ölkəmiz milli müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dönəmində təhsil sahəsinə xüsusi diqqət yetirilmişdir. Prezident İlham Əliyev elmə, təhsilə diqqət və qayğı göstərir və Cənab Prezidentin diqqət və qayğısı sayəsində ölkəmizdə elm və təhsil sahəsi sürətlə inkişaf edir. 44 günlük Vətən Müharibəsində təhsil işçiləri, müəllimlər üzərlərinə düşən vəzifələri lsyiqincə yerinə yetirdilər. Sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda başlayan haqq döyüşümüzdə şanlı qələbəni istər ön cəbhədəki, istərsə də arxa cəbhədəki cəsurlar hesabına əldə etdik. Qəhrəmanlıq, şəhidlik zirvəsini fəth edənlər sırasına müəllimlərimizdə var.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

D. Elnur Səlim

Bu xəbəri paylaşın: