28 May Cümhuriyyətimizin yaranma günü münasibəti ilə Müharibə, Əmək, Silahlı Qüvvələri Veteranları Təşkilatının və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbələrinin sədri Eldar Rüstəmov təşkilatlarının üzvləri, qazilər və şəhid ailələri ilə birgə qəsəbələrdəki şəhidlər xiyabanlarında şəhidlərimizi ziyarət etmiş və şəhidlərimizin ruhlarına dualar oxunmuşdur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, mərasimdə müharibə veteranlarının, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyini deyib.
Ümumiyyətlə, Suraxanı rayonunda yaşayan müharibə veteranları şəhidlərimizi heç zaman unutmurlar.
Türkay Xaqan








