Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şirvan zonası üzrə yığıncaq keçirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İsmayıllı rayon şöbəsinin sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Ravid Pənahov məlumat verib.
Ravid Pənahov bildirdi ki, tədbirdə AVMVİB Ağdaş, Qəbələ, Zərdab, Ucar, Ağsu, Göyçay və digər rayon şöbələrinin sədrləri iştirak ediblər.
Yığıncaqda veteranlarla bağlı məsələlər, AVMVİB-nin cəbhədən dönmüş veteran gəclərimizlə bağlı yürütdüyü siyasət müzakirə olunub və dəstəklənib.
Rayon şöbələrinin problemlərlə bağlı birgə fəaliyyət göstərməsinin vacibliyi, AVMVİB İdarə Heyətinin qərarlarının yerinə yetirilməsi müzakirə olunub. Yığıncaqda AVMVİB Göyçay rayon şöbəsinin sədri Yaşar İsayev səhhətiylə əlaqədar olaraq öz ərizəsiylə tutduğu vəzifədən getmək istədiyini bildirib. Rayon şöbəsinin fəaliyyətini gücləndirmək məqsədiylə yığıncaq iştirakçıları 2-ci qrup Vətən müharibəsi əlili Zaur Ramiz oğlu Qəribovun namizədliyini də müzakirə ediblər.
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Ravid Pənahov bildirdi ki, Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bizlər də bu müharibədə əsgərlərimizə maddi və mənəvi dəstək göstərməyə çalışdıq. Bu müharibədə on minlərlə döyüşçünün övladları öz atalarının getdiyi yolla getdilər. Bu gün belə bir şərəfli gündə biz də bu qhrəmanlıq tarixini yazan gənclərimizlə bir yerdə olmalıyıq və onların problemlərinin həllində iştirak etməliyik.
AVMVİB rayon şöbəsi sədrləri də öz fikir və təkliflərini, üzləşdikləri problemlər barədə məlumatlar verdilər.
Qeyd olunub ki, belə yığıncaqlar birliyimizin inkişafı üçün təqdirəlayiqdir.
Yığıncaq barədə AVMVİB rəhbərliyinə məlumat verilib.
Nurlan Məmmədli
