1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb.

Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.  Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may)  və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il «Uşaq ili» elan olunub.

Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) illərcə uşaqlarımızın vətənpərvər ruhda yetişməsinə çalışıb və son Vətən müharibəsində onlarla gəncimizin, məhz AVMVİB-ə və onun üzvlərinə cəbhə salamları göndərməsi dediklərimizin əyani sübutudur.

Bu gün söz açacağımız uşaqlar Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin müavini, ehtiyyatda olan polkovnik Salman Musayevin nəvələridir. Onlar neçə illərdir ki, Moda yarışmalarında iştirak edir və qalib gəlirlər. Hər birinin qəlbində babalardan qalma bir Vətən sevgisi böyüməkdədir.

Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin müavini, ehtiyyatda olan polkovnik Salman Musayev bizimlə söhbəttdə bu barədə fikirlərini bölüşüdü: «Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzulli müəllim başda olmaqla bütün ictimai birliyinimizin rəhbər vəzifəli şəxslərinə, Daxil Qoşunların və bütün hüquq mühafizə orqanlarının işləyən və ehtiyyatda, istefada olan şəxlərə, qohum və qonşularıma, xarici olkələrdə yaşayan həmyerlilərmizə və onların ailələrinə cansağlığı, uzun ömür arzulayıram. Məhz onların dəstəyi və səs verməsi sayəsində mənim qız nəvəm 2018, 2019 və 2020-ci illərdə Moda yarışmasında birinci olaraq müfafiq Kubok, Fəxri fərmanla və qitmətli hədiyyə ilə mükafatlandırlıb. İmkandan istifadə edib səs verən hər kəsə ailəmiz adından öz minnətdarlığımı bildirir və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətiylə bütün uşaqlarımızı təbrik edirəm. Allah onları qüdrətli bir Azərbaycanın övladları kimi yaşamağı nəsib eləsin!»

Bu xəbəri paylaşın: