AVMVİB Rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin (avmvib) müavini polkovnik Salman Musayev ehdiyatda olan, polkovnik Sahib Babayevi ad günü münasibətiylə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayır.
Ehtiyyatda olan polkovnik Babayev Sahib Xudaverdi oğlu 01 iyun 1963-ci ildə Qazax rayonun Moruqlu kəndində anadan olub (Hal –hazırda inzibati ərazi bölgüsünə əsasən Moruqlu kəndi Gədəbəy rayonuna aiddir).

Sahib Babyev 1981-1983-ci illərdə Amur Vilayətində müddətli həqiqi hərbi xidmətdə bölüyün baş çavuşu vəzifəsində xidmət edib və müddətli həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra baş çavuş hərbi rütbəsində Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.
O, 1987-ci ildə Krasnoyarski orta ixtisas polis məktəbini, 1991-ci ildı isə Xarkov ali polis məktəbini bitirib.
1987-1991-ci illərdə Xabarovsk Krayının Amur şəhərinin Lenin rayon polis şöbəsində baş təhqiqatçı vəzifəsində xidmət etmişdir. 1992-2016-cı illərdə Daxili Qoşun Bİ-nin Gəncə şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrdə hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, Daxili Qoşunların Lənkaran şəhərində və Bakı şəhərinin Binəqədi və Xəzər rayonlarında ( Biləcəri və Qala qəsəbəsində) yerləşən hərbi hissələrində və Daxili Qoşunların ali hərbi məktəbində Birqada Komandirinin və Ali Hərbi Məktəb rəisinin tərbiyəvi işlər üzrə müavini olub.

Hal — hazırda polkovnik Sahib Babayev Dəmir yolu Mühafizə Departamentində daxili təhqiqat şöbəsində böyük təhqiqatçı işləyir.
Polkovnik Sahib Babayev peşəkarlığı, hümanistliyı və səmərəliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 34 illik şərəfli xidmət yolunu Daxili İşlər Orqanında və Daxili Qoşunlarda keçirmişdir.

Polkovnik Sahib Babayev Vətənə, Dövlətə və Xalqa Sədaqqətlə xidmət etmişdir. O, Daxili Qoşunların hərbi hissələrində və Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali hərbi məktəbində rəhbər vəzifəsində xidmət edərkən, bir çox komisiyaların tərkibində olarkən səmərəli fəaliyyəti ilə, işgüzarlığı və mənəvi kefiyyəti ilə və təşkilatçılıq bacarığı ilə Daxili Qoşunlar Komandanlığının daimi diqqət mərkəzində olmuşdur.
Sahib Babayev Daxili İşlər Orqanlarına və Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizəd, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.
Xidmətdə fərqləndiyinə və qusursuz xidmətlərinə görə bir sıra medallarla, döş nişanı ilə və “Fəxri Fərmanla” mükafatlandırıb.
Təbrik edirik!
100 yaşa, Vətən oğlu!
Salman Musayev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, polkovnik