Suraxanı rayonunda tədbir keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, şöbə üzvləri — Nizamı Mehdiyev, Vahid Muxtarov, Suraxanı rayon Şəhid Ailələrinin Müdafiəsi Cəmiyyətinin sədri Nəsibə Əliyeva, Şəhid ailəsi Fatma Həsənova və digərləri bir sıra ziyarətlərdə iştirak ediblər.

Öncə ziyarətçilər 1991-1994 cü illərdə Qarabağda Şuşa-Ağdam-Füzuli istiqamətlərində torpaqlarımızın müdafiəsində döyüşmüş qorxmaz, «General» ləqəbi ilə tanınan şəhid Hüseyağa Hüseynovun atası Mərdan kişinin rəhmətə getdiyinə görə ailəsinə baş cəkiblər. Mərhumun yaxınlarına başsağlığı veriblər.

Sonra Əmircan qəsəbəsində yaşayan 2-ci Dünya Müharibəsi zamanı arxa cəbhədə 1944-cü ildən neft mədənlərində gecə-gündüz calışan fədakarlıq göstərən 98 yaşı olan Xudu Abbasovla görüşdük və onun vəziyyəti ilə maraqlanıblar.

E. Səlim

Bu xəbəri paylaşın: