Dünyada ilin bir günü uşaqlara həsr olunub. Amma bu adam ilinin hər gününü uşaqlara həsr edib. «Canlı svetafor» kimi tandığımız Xalid Musayev deyir ki, yolu keçmək istəyən hər kəsə köməklik etməkdən zövq alıram. Əynimdə xüsusi jileti yol polisi tərəfindən verilib və bu işə olan sevgimi birə-beş artırıb. Düz 1997-ci ildən bu işi təmənnasız olaraq görmüşəm. Gündə 138 uşağı yolun bir tərəfindən digər tərəfinə keçirirəm. Yolu keçirdiyim uşaqların çoxu məktəblilərdir.

— Bəs nəyə görə «canlı svetofor?» sualına isə o gülərək cavab verdi. «Bu adı mənə ilk dəfə Aytən adlı balaca məktəbli qız verib: “O, yolun qarşı tərəfində durub məni çağırdı ki, ay «canlı svetofor», gəl məni yoldan keçir. Bundan əvvəl də uşaqları yoldan keçirirdim. Çox adam heç adımı da bilmir. Hər kəs mənə “canlı svetofor” deyir». Məktəbnən üzbəüz bir butka açdım məktəblilərə yol hərəkat qaydalarını öyrədirəm».
Və ən əsası yolun kənarına “Sürücülər ehtiyatlı olun! Qarşınıza öz övladınız çıxa bilər!” — şüarını lövhəyə yazıb vurmuşam! Biz insan olaraq bir birimizə kömək etməliyik, bir birimizin qədrini bilməliyik!
Xalid Musayevin yaratdığı uşaqlardan ibarət qrup, təkcə yol hərəkəti qaydalarını öyrənməklə qalmır, həm də hərbi-vətənpərvərlik ruhunda uşaqların tərbiyə olunmasına öz töhfəsini verir. X. Musayevin qardaşı I Qarabağ müharibəsində şəhid olub. 2020-ci il Vətən müharibəsi qazi və şəhidlərinin qrşılanmasında bu qrup AVMVİB Suraxanı rayon şöbəsiylə birlikdə iştirak edib. Ona görə də qrupun 20 nəfər üzvü AVMVİB və Fedai.az-ın Diplomlarıyla təltif ediliblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov bildirdi ki, yetişməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə olunması daim AVMVİB-nin diqqətində olub. Elə bu baxımdan da Xalid Musayevin bu maraqlı ideyası diqqətimizdən kənarda qalmayıb. 1 İyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətiylə öz töhfəmizi verməyə çalışdıq. Fərqlənən uşaqları Diplomlarla təltif etdik. Onları bu gün münasibətiylə təbrik edir və uğurlar arzulayıram.

Canlı İşıqfor Könüllü Üzvlərinin siyahısını təqdim edirik:
1.Musayev Xalid — Qrup rəhbəri
2.Ömərova Leyla — Press-sekretar
3.Kazımov Muxtar — 114 saylı orta məktəb 8a
4.Salmanzadə Fəxri — 114 saylı orta mətəb 6c
5.Cəfərova Məleykə — 114 saylı orta məktəb 3q
6.Cəfərov Ümid — 114 saylı orta məktəb 7b
7.Səfərov Elşad — 114 saylı orta məktəb 6b
8.Osmanova Zinyad 114 saylı orta məktəb 5j
9.Eminli Emin 318 saylı orta məktəb 4i
10.Əhmədov Şahbaz 114 saylı orta məktəb 2q
11.Abdullayev Elmar 114 saylı orta məktəb 5q
12.Allahverdiyev Amin 114 saylı orta məktəb 6ə
13.Allahverdiyev Abbas 114 saylı orta məktəb 7j
14.Kərimov Kərim 114 saylı orta məktəb 9b
15.Orucov Fərrux 114 saylı orta məktəb 7j
16.Alıyev Şahin 114 saylı orta məktəb 7j
17.Heydərov İbrahim 114 saylı orta məktəb 6ə
18.Mirzəzadə Əfrahim 114 saylı orta məktəb
19.Abbasov İsmayıl 114 saylı orta məktəb 6ə
20.Abbasova Aysu 114 saylı orta məktəb 4b
21.İsmayılova Yağmur 114 saylı orta məktəb 3a
22.Abbaszadə Natəvan 114 saylı orta məktəb 5b
23.Səfərov Elvin 114 saylı orta məktəb 7b
24.Musayeva Aysu 114 saylı orta məktəb 7a
25.Musayeva Esmira 114 saylı orta məktəb 6j
26.Əlimuradov Şahlar 114 saylı orta məktəb 5j
27.Abbasov Elmar 114 saylı orta məktəb 4e
28.Qocayev Elsever 232 saylı orta məktəb 10b
29.Qocayeva Fəridə 232 saylı orta məktəb 8a
30.Vəlizadə Məqsəd 114 saylı orta məktəb 9b
31.Abbasov Bədəl 84 saylı orta məktəb 4c
32.Məmmədzadə Nicat 114 saylı orta məktəb 5q
33.Qəribli Yunis şagird
34.Qəribli Ayşə şagird
35.Əhmədov Vüsal şagird
36.Musayeva Zeynəb şagird
37.Musayev Musa şagird
38.Musayev Ömər şagird
39.Musayeva Xanımzər tələbə
40.Musayev Alişan tələbə
41.Zeynallı Şəfiqə 114 saylı orta məktəbli şagird
42.Zeynallı Qurban 114 saylı orta məktəbli şagird
43.Bayramov İlkin şagird
44.Bayramova Minara şagird
45.Abbasova Elvina könüllü
46.Abbasova Esmira 114 saylı orta məktəb 9ə
47.Abbasova Ayan könüllü
48.Abbasova İpək könüllü
49.Abbasov Ələkbər könüllü
50.Məmmədova Hicran şəhid qızı könüllü
51.Məmmədova Zeynəb könüllü
52.Qafarov Məhəmməd könüllü
53.Məmmədova Fatimə könüllü
54.Məmmədov Əbəlfəz könüllü
55.Əliyeva Həcər şəhid nəvəsi könüllü
Xalid Musayev: Bir şəhid qardaşı olaraq 1997-ci ildən başlayaraq uşaqları yol qəzasından qorudum. İlk olaraq dövlət dəstək verdi və sonra firmalar dəstək verdi. Firmlar: Akkord, Türk Petrol firması, Fab boya, Sabson boya, İdeal, Azərsun holding,Təmizqaz, Hunday Azərbaycan, Yeni Azərbaycan Partiyası ( Suraxanı), Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Suraxanı şöbəsinin sədri Rüstəmov Eldar, ATGTİ, Az Virt, Herba Flora, ATEF, Vətən Müharibəsi Əlillərinə kömək ictimai birliyi, Mənəvi dəyərlər Təbliği fondu icraçı direktoru Mehman İsmayılov tərəfindən bir çox şəhid və aztəminatlı ailələrini sevindiriblər.
Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinə minnətdaram.
Vətənimi, millətimi sevirəm və hər zamanda vətinə, millətimə xidmət edəcəyəm !
QARABAĞ AZƏRBAYCANDIR!!!
AVMVİB Mətbuat Xidməti