AVMVİB sədri Füzuli Rzaquliyevin əmriylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gədəbəy rayon şöbəsinə İsmayıl Ziyad oğlu Abdullayev sədr təyin olunub.
Bu barədə məlumatı AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov verib.
AVMVİB sədri Füzuli Rzaquliyev yeni sədr İsmayıl Abdullayevi təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzu edib.
Təyinat mərasimində AVMVİB sədrinin müavinləri Vahid Abdurəhmanov, Qurban Osmanov, NTK sədri Niyazi Quliyev və AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Vaqif Sadıqov iştirak ediblər.
Təbrik edirik!
AVMVİB Mətbuat Xidməti


Bu xəbəri paylaşın:
