AVMVİB Zəngilan şöbəsi üzvlərindən daha bir örnək addım

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin üzvləri adını çəkilməsini istəməyən bir xeyirxahın dəstəyi ilə iki Şəhid ailəsini ziyarət ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri Azad Musayev məlumat verib.

Azad Musayev deyib: «Vətən Müharibəsi Qəhrəmanı kapitan Surxay Noçiyevin 2 övladını və kapitan Həmid Cəfərlinin 3 övladını 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdik. Allahdan Şəhidlərimizə rəhmət, övladlarına sağlam can arzulayırıq. Görüşdə AVMVİB Zəngilan rayon şöbəsinin sədrinin müavinləri Zakif Abbasov, Ənvər Qarayev və AVMVİB Nəsimi rayon şöbəsinin sədri, ehtiyatda olan polkovnik, «Azərbaycan Bayrağı» Ordenli Elmar Huseynov iştirak edirdilər.

Kapitan Surxay Noçiyevin övladları tədbirdə olduqları üçün hədiyyələrini nənələrinə verdik».

Şəhidlərimizin övladları onların bizlərə bir əmanətləridir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: