Vurma cədvəlində Pifaqorun səhvini tutan «80-100 faizçilərimiz»

Nazirlikdən verilən məlumata görə, gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq:
Yəni,
I dərəcə — orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi;
II dərəcə — orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi;
III dərəcə — orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən ediləcək. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq.


Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq”.


Tibbdə orqanizmin funksiyalarının əsas göstəricilərinə aşağıdakılar daxildir:
— Bədənin hərarəti

— Ürək döyüntüsü və ya nəbz

— Nəfəs alma dərəcəsi

— Arterial təzyiq


Doğrusu, dəfələrlə yazmışdıq ki, bizim bu təhsil sistemi çox «ilk»lərə imza atacaq. Kimsə inanmırdı. Hələ bir burda elmi öyrənib, helm üçün 1 həftəliyə uçub Amerikaya gəlirsən və olursan Amerika təhsilli. Sonra da Şaban demiş «ver Allahım, ver». Bir-iki ingilis sözü xırdalayırsansa, ay hay. Misirin məktəbində oxuyub, Abelin universitetində təhsil alasan, Cahangirin təyyarəsində uçasan, daha Pifaqorun səhvini də taparsan, atasını da yandırarsan.


Amma verilən «hədiyyənin» faizini kalkulyatorla hesablayan bu zehniyyətin bu orqanizm funksiyalarını necə hesablayacağına tam məəttəl qalmışam.

Ötən sayda yazmışdım ki, Bişofa görə hərəkət aparatı bədənin kütləsinin 72,45%-ni, skelet isə 1/3 və ya 1/7 hissəsini təşkil edir. Yerdə qalanı bağ aparatı və əzələlərin üzərinə düşür. Yetkin şəxsin skeletini təşkil edən sümüklərin ümumi sayı 200-dən artıqdır. Yəni iki ayağı çanaqdan kəsilmiş adam II qrup normativini ancaq ödəyə bilər.


Əlavə olaraq, yetkin şəxsin canlı sümüyü kimyəvi tərkibcə 50%-i su, 28%-i üzvi və 22%-i qeyri-üzvi maddədən ibarətdir. Maserasiya olmuş (yağı alınmış, yumşaq toxumalardan ayrılmış qurudulmuş) sümük 33,3%-i üzvi və 66,7%-i qeyri-üzvi maddədən ibarətdir.
Hesablamaq üçün bu meyarları Milli Məclisə göndəriblər. Oradakılar da hamısı mübarək insanlardır. Baxan kimi «hesablayırlar». O Hadı müəllim vardı ha, görəsən dururmu? Durursa, Allah ömür versin, yox əgər ölübsə Allah rəhmət eləsin. Qalsaydı indi kalkulyator əlində «Lenin yolu» kolxozunun hesabdarı kimi əsir-yesir olmuşdu. Bizim bu gənc məmurların elminin belə qıcqırmağına kalkulyatormu dözər?..


Onlar funksiya faizlrini hesablamaqda olsunlar, sizə daha maraqlı məlumatlar təqdim edirəm. Həm oxuyun, həm də öz funksiya faizlərinizi hesblayın.


İnsan orqanizmi haqqında 97 maraqlı faktı sizə təqdim edirik:


1. Bədənin qan tədarükü olmayan yeganə hissəsi gözün buynuz qişasıdır. Oksigeni birbaşa havadan alır.
2. İnsan beyninin tutumu 4 terabaytı keçir.
3. Yeddi aya qədər körpə eyni zamanda nəfəs ala və udquna bilər.
4. Kəllə 29 fərqli sümükdən ibarətdir.
5. Asqırdığınız zaman bütün bədən funksiyaları, hətta ürək dayanır.
6. Beyindən gələn sinir impulsu 274 km / saat sürətlə hərəkət edir.
7. Bir insan beyni bir gündə hər hansı bir mobil telefondan daha çox elektrik impulsu yaradır.
8. Orta insan bədənində ortalama bir köpəkdəki bütün birələri öldürmək üçün kifayət qədər kükürd, 900 qələm hazırlamaq üçün karbon, oyuncaq topu atəş etmək üçün kalium, 7 ədəd sabun hazırlamaq üçün yağ və 50 litrlik bir barel dolduracaq qədər su var…
9. İnsan ürəyi ömrü boyu 182 milyon litr qan vurur.
10. Bu cümləni oxuyarkən vücudunuzdakı 50.000 hüceyrə ölür və yenisi ilə əvəz olunur.
11. Embrion 3 ayından barmaq izlərini əldə edir.
12. Qadınların ürəyi kişilərdən daha sürətli döyünür.
13. Çarls Osborne adlı bir adam 68 il fasiləsiz olaraq hıçqırıb.
14. Sağ əllilər solaxaylardan orta hesabla doqquz il daha uzun yaşayırlar.
15. Öpüşərkən insanların təxminən üçdə ikisi başlarını sağa əyirlər.
16. İnsan xəyallarının 98 faizini unudur.
17. İnsan bədənindəki qan damarlarının ümumi uzunluğu təxminən 100.000 kilometrdir.
18. Yazda tənəffüs sürəti payızdakından orta hesabla üçdə bir dəfə çoxdur.
19. Həyat boyu insan yaddaşında orta hesabla 17 Terabayt məlumat yada düşür.
20. İnsan bədəninə istiliyin 80%-i başdan yayılır.
21. Qızardığınızda mədəniz sizinlə bərabər qızarır.
22. Susuzluq hissi bədən çəkisinin yüzdə birinə bərabər su itkisi ilə ortaya çıxır. 5% -dən çox itki huşunu itirməyə, 10%-dən çox olduqda isə bədənin quruması ölümə səbəb ola bilər.
23. İnsan bədənində ən az 700 ferment işləyir.
23. İnsanlar kürəkləri üzərində yatan tək varlıqlardır.
24. Orta hesabla 4 yaşlı uşaq gündə 12000 söz danışır və təxminən 100 sual verir.
25. Koalaların da insanlarda olduğu kimi bənzərsiz barmaq izləri vardır.
26. Bütün növ bakteriyaların yalnız 1%-i insanlarda xəstəlik yaradır.
27. Planetdəki bütün insanlar rahat bir tərəfi 1500 metr olan bir kub içərisinə yerləşdirmək olar.
28. Göbəyin elmi adı umbilikusdur.
29. Diş insan bədəninin öz-özünə müalicə edə bilməyən yeganə hissəsidir.
30. Bir insanın yuxuya getməsi üçün orta müddət 7 dəqiqədir.
31. Sağ əllilər yeməyin çox hissəsini çənənin sağ tərəfində, əksinə sol əllilər isə — solda çeynəyirlər.
32. Dünyada yalnız 7% solaxay insan vardır.
33. Alma və banan qoxusu arıqlamağa kömək edir.
34. Bir ömür boyu ortalama bir insan ümumi uzunluğu 800-1000 kilometrə qədər saç yetişdirir.
35. Qulaqlarını hərəkət etdirə bilən insanlar arasında yalnız üçdə biri bir qulağı hərəkət etdirə bilər.
36. Orta insan bütün həyatı boyu 8 kiçik hörümçəyi udur.
37. İnsan bədənində yaşayan bakteriyaların ümumi çəkisi 2 kiloqramdır.
38. Bədəndəki bütün kalsiumun 99%-i dişlərdədir.
39. İnsan dodaqları barmaq uclarından yüz qat daha həssasdır. Həqiqi bir öpüş ürək döyüntüsünü dəqiqədə 100 və ya daha çox döyüntü tezliyinə qədər artırır.
40. Bir tərəfdəki çeynəmə əzələlərinin mütləq gücü 195 kiloqramdır.41. Bir öpüş zamanı 200-dən çox fərqli bakteriyaı bir insandan digərinə ötürülür. Xoşbəxtlikdən onların 95% -i zərərsizdir.
42. Partenofobiya bakirələrin qorxduğu duyğudur.
43. Diş minası insan bədəni tərəfindən istehsal olunan ən sərt toxumadır.
44. İnsan bədənində olan bütün dəmiri yığsanız, bir saat üçün yalnız kiçik bir vintcik alarsınız.
45. Soyuqdəyməyə səbəb olan 100-dən çox müxtəlif virus var.
46. ​​Kifayət qədər davam edən öpüş, ağız boşluğundakı turşuluğun normallaşdırılmasında saqqızdan daha əhəmiyyətlidir.
47. Başınızı divara vurmaqla saatda 150 kalori itirə bilərsiniz.
48. İnsan canlılar sinfinin düz xətt çəkməyə qadir olan yeganə nümayəndəsidir.
49. Bir ömür boyu insan dərisi təxminən 100 dəfə dəyişir.
50. Gündə bir qutu siqaret çəkən insan ildə bir sidikdə təxminən yarım stəkan qatran ifraz edir.
51. Qadınlar kişilərə nisbətən təxminən 2 dəfə az göz qırpırlar.
52. İnsan bədənində cəmi 4 mineral var: apatit, araqonit, kalsit və kristobalit.
53. Həqiqi ehtiraslı bir öpüş, paraşütlə tullanma və tapança atəşi ilə bərabər şəkildə beyində kimyəvi reaksiyalara səbəb olur.
54. Kişilər 130 sm-dən, qadınlar 120 sm-dən aşağı olduqda cırtdan hesab olunurlar.
55. Barmaq dırnaqları ayaq dırnaqlarından təxminən 4 dəfə daha sürətli böyüyür.
56. Mavi gözlü insanlar ağrıya hamıdan daha həssasdır.
57. İnsan bədənindəki sinir impulsları saniyədə təxminən 90 metr sürətlə hərəkət edir.
58. İnsan beynində bir saniyədə 100.000 kimyəvi reaksiya baş verir.
59. Uşaqlar diz qapaqları olmadan doğulurlar. Yalnız 2-6 yaşlarında bu qapaqlar yaranır.
60. Eyni əkizlərdən birində bu və ya digər diş yoxdursa, bir qayda olaraq, digər əkizdə də eyni diş olmur.
61. İnsan ciyərlərinin səth sahəsi təxminən bir tennis kortunun sahəsinə bərabərdir.
62. Sarışınların saqqalları əsmərlərdən daha sürətli böyüyürlər.
63. İnsan bədənindəki leykositlər 2-4 gün, eritrositlər isə 3-4 ay yaşayır.
64. İnsan bədənindəki ən güclü əzələ dildir.
65. Bir insanın ürəyinin ölçüsü təxminən yumruğunun ölçüsünə bərabərdir. Yetkin bir insanın ürəyinin çəkisi 220-260 qramdır.
66. Doğuşdan bəri insan beynində 14 milyard hüceyrə olur.
67. Doğuş zamanı bir uşağın bədənində təxminən 300 sümük olur; yetkin yaşda isə 206 sümük qalır.
68. İnsanın nazik bağırsağı təxminən 2,5 metr uzunluğundadır.
69. Bir insanın sağ ağciyəri, soldan daha çox hava qəbul edir.
70. Yetkin bir insan gündə təxminən 23.000 dəfə nəfəs alır (və verir).
71. Kişinin bədənindəki ən kiçik hüceyrələr spermadır.
72. İnsanın ağzında təxminən 40.000 bakteriya olur.
73. İnsan bədənində təxminən 2000 dad tumurcuğu var.
74. İnsan gözü 10.000.000 rəng çalarlarını ayırd edə bilir.
75. Ekstazın kimyəvi birləşməsi (feniletilamin) şokoladda mövcuddur.

76. İnsan ürəyinin yaratdığı təzyiq, qanı 4-cü mərtəbə səviyyəsinə qaldırmaq üçün kifayətdir.
77.Yuxuda bir insan televizora baxmaqdan daha çox kalori yandırır.
78. Uşaqlar yazda daha sürətli böyüyürlər.
79. Hər il iki mindən çox solaxay şəxs, sağ əllər üçün dizayn edilmiş mexanizmlərin işləməsindəki qəzalara görə ölür.
80. İnsan gülümsəyəndə 17, qaşqabaqlı olanda isə 43 əzələdən istifadə edir.
81. Bir insanın təyyarədə uçuşu zamanı saçlarının uzanması iki dəfə sürətlənir.
82. İnsanların yüzdə biri infraqırmızı və yüzdə biri ultrabənövşəyi radiasiyanı görə bilir.
83. Bir şəxs tamamilə qapalı bir otaqda kilidlənərsə, oksigen çatışmazlığından deyil, karbon qazı zəhərlənməsindən huşunu itirər.
84. Orta hesabla bir insan ömrünün iki həftəsini doğru avtomobil siqnalını gözləməklə keçirir.
85. Normal bir insan gündə orta hesabla beş dəfə gülür.
86. Bir insan orta hesabla 24 saat ərzində 4800 söz danışır.
87. Göz içindəki qişa təxminən 650 kv.mm əhatə edir və 137 milyon işığa həssas hüceyrəni ehtiva edir: ağ-qara görmə üçün 130 milyon çubuq və rəngli görmə üçün 7 milyon tor.
88. Gözlərimiz həmişə doğulduqdan sonra eyni ölçüdə qalır, ancaq burun və qulağımızın inkişafı dayanmır.
89. Səhər bir adam axşamdakına nisbətən 8 millimetr uzun olur.
90. Gözün fokuslanan əzələləri gündə 100.000 dəfə hərəkət edir. Ayaq əzələlərinin eyni sayda hərəkət etməsi üçün gündə 80 kilometr piyada getməsi lazımdır.
91. Orta hesabla insan gündə 500 ml tər istehsal edir.
92. Öskürək 100 ilə 900 km / saat sürətlə hərəkət edən partlayıcı bir hava partlayışıdır.
93. Alman tədqiqatçıların fikrincə, infarkt riski həftənin digər günlərinə nisbətən bazar ertəsi günü daha yüksək olur.
94. Sümük poladdan beş qat daha sərtdir.
95. Açıq gözlərlə asqırmaq mümkün deyil.
96. Ortalama ömür 2.475.576.000 saniyədir, ortalama 123.205.750 söz danışırıq, 4.239 dəfə cinsi əlaqə qururuq və 121 pint göz yaşı buraxırıq.
97. Nəhayət, deyək ki, orta statistik həyatda ürək 3.300.000.000 dəfə döyünür (sadəcə bu nəhəng rəqəmi düşünün!).
Mənbə: emosurf


P.S. Xramort döyüşündə tanıdığım bir döyüşçünü snayper «nəzik yerindən» vurmuşdu. O çox əlləşib sonda III qrup əlillik almışdı. İndi bu «elm dəryalarına» bir sualım var: «O döyüşçünün zəhmət olmasa, orqanizm funksiyasının neçə faiz pozulduğunu hesablayın. Sizin üçün də elə bizim üçün də bu çox maraqlı olacaq. Amma o adamın həyatdakı itkilərini də hesablamağa çalışın»…

Xaqani Ədəboğlu

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •