Xəbər verdiyimiz kimi, İkinci Qarabağ müharibəsində məhv edilən düşmən hərbçilərinin zirzəmidə gizlədilməsi faktının aşkara çıxması Ermənistanda böyük qalmaqala səbəb olub.
Azərforum erməni mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı yeni video yayılıb. Belə ki, zirzəmidə gizlədilmiş cəsədlərin Abovyan Tibbi Ekspertiza Mərkəzinə daşındığı görünür. Videoda ermənilərin öz hərbçilərinin cənazələrinə necə kobudluqla, hörmətsiz şəkildə münasibət sərgiləməsi diqqəti cəlb edir…
Azərforum Ermənistanda fəaliyyət göstərən «İşıq lampası» qeyri-hökumət təşkilatının əldə edərək yaydığı videonu təqdim edir:
Bu xəbəri paylaşın: