Azərbaycan elminə AĞIR İTKİ

Azərbaycanın tanınmış alimi Yadigar Türkel vəfat edib.

Bu barədə Yadigar Türkelin yaxınları məlumat veriblər.

Dəyərli alimimizin ölümüylə bağlı tanınmış jurnalist Rövşən Hacıbəyli sosial şəbəkədə paylaşım edib: «Çox üzücü xəbər oldu.

Covid-19 əziz dostumuzu, görkəmli alim Yadigar Türkeli əlimizdən aldı. Mayın 26-da Akamediyanın bağında tədbir keçirəcəkdi, qabaqcadan yazılar göndərmişdi poçta, sonra da zəng vurub bərk-bərk tapşırdı ki, hazırlaş, çıxış edəcəksən. Ancaq mayın sonlarına yaxın yenidən zəng vurdu, səsi xırıltılıydı, xəstələndiyi üçün tədbirin ertələndiyini dedi.

Sonra bir də danışdıq, artıq Zığdakı moduldaydı, güclə danışırdı. Ondan sonra zəng vursam da danışa bilmədik, öyrəndim ki, reanimasiyadadır. Əlimizdən heç nə gəlmədi, nə qoruya, nə də görüşə bildik.

Məhəmmədəmin Rəsulzadənin əsərlərini bugünkü dilimizə uyğunlaşdırmaq işini sona çatdıra bilmədi.

Ruhun şad olsun, əziz və unudulmaz dost, vətən fədaisi, Rəsulzadə sevdalısı!

Bu xəbəri paylaşın: