Türk silahları ABŞ silahlarını göstəricilərinə görə üstələyir

Aralarında Türkiyənin də, yer aldığı NATO-ya üzv ölkələrin qatıldığı «Steadfast Defender 2021» hərbi təlimləri başa çatıb.

Təlim sırasında Türkiyənin yerli milli imkanlarla hazırlanan silah növləri NATO-dan olan müttəfiqlərinin diqqətini çəkib. Onların arasında ən çox diqqət çəkən Türkiyənin milli imkanlarla hazırladığı MPT76 avtomatı olub.

Bu barədə TSK-ya istinadən xəbər verir.

Artıq Türkiyə Silahlı Qüvvələrində silahlanmaya qəbul edilən MPT 76 avtomatının taktiki texniki xüsusiyyətləri NATO mütəxəssislərini heyran qoyub.Bütün göstəriciləri ilə NATO və ABŞ-ın istehsalı olan avtomatları geridə qoyan MPT 76-ya baxış keçirən Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təəccübünü gizlətməyib.

Xatırladaq ki, MPT 76 avtomatı 42 sınaq testinin hamısını uğurla keçib.Silah mənfi 40 dərəcə soyuqda və müsbət 65 dərəcə istidə fasiləsiz atəş imkanına sahibdir.

MPT 76 avtomatı palçıqlı, çamurlu şərtlərlə, suda, qarda və yağışda sərbəst atış icra edə bilir.

Bu xəbəri paylaşın: