Deputat: “Əlilliyi olan hər kəs haqqını almalıdır və dövlət də daim belə şəxslərin arxasındadır”

Deputat: “Əlilliyi olan hər kəs haqqını almalıdır və dövlət də daim belə şəxslərin arxasındadır”

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev deyib.

Deputat bildirib ki, dövlət hər zaman bütün vətəndaşlarının arxasındadır: «Əlilliyi olan hər kəs haqqını almalıdır və dövlət də daim belə şəxslərin arxasındadır. Məsələ bundan ibarətdir ki, indi müavinətləri kəsilənlər vaxtında süni şəkildə əlillik statusu alanlardır. Bundan başqa isə, bəzi şəxslər də ödəmə kartında aylıq sosial yardımın köçmədiyini görürlər. Bu isə müddətli əlilliklə bağlıdır: deməli, 5 ilin tamamında yoxlanışdan keçib yenidən sənədləri təqdim etməyiblər. Dövlət hər zaman öz əlilinin, ümumiyyətlə, bütün vətəndaşlarının yanındadır. Bu məsələni qabardanlar əlilliyə heç bir dəxlisi olmayan, saxta yollarla əlillik dərəcəsi alan şəxslərdir. Məmurların da bu məsələ ilə bağlı müxtəlif fikirləri ola bilər, amma istənilən halda burda elə bir ciddi problem yoxdur. Hər bir məsələ öz həllini və haqqını tezliklə tapacaq. Saxta əlillik verilərək bir sıra şəxslərə müavinətin təyin edilməsi məsələsində, əlbəttə ki, vəzifəli şəxslər də bir çox hallarda məsuliyyət daşıyırlar. Elə həbslər, işdən çıxarılmalar da təsdiq edir ki, bu sahədə problemlər var və həllinə çalışılır. Bu istiqamətdə hüquq-mühafizə orqanları öz işlərini layiqincə görürlər».

Nəzrin Cavid

Bu xəbəri paylaşın: