Qara polkovnikin Anım günüdür…

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi polis polkunun komandiri, polkovnik Fətulla Hüseynovun anım günüdür.

Uğurlu Horadiz komandirin təminat məsələləri üzrə müavini, Qondarma rejimin əsgisini ayağı altına alıb əzərək Azərbaycan Bayrağını göndərə çəkən Qara Polkovnik- Fətulla Hüseynov Əli oğlu idi.

O, 21 dekabr 1937-ci ildə Tovuz rayonunda anadan olub.

Azərbaycan Texniki Universitetinin avtomobil-tikinti fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Daha sonra SSRİ Daxili İşlər nazirliyinin Yüksək Akademik kurslarını bitirib.

1960-90-cı illərdə Respublika yol polisinin rəis müavini və Bakı şəhər yol polisi idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əlavə Fətulla Hüseynov Azərbaycanın baş yanğınsöndürmə idarəsinin rəis müavini, DİN–in polis polkunun komandiri və s. vəzifələrdə çalışıb.

1993-cü ildə 21 dekabrda Qarabağ Azadlıq Təşkilatının üzvü olub. Fətulla Hüseynov 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən Horadiz əməliyyatına rəhbərlik edib. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd «Şturm-S», 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb.

Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib. Fətulla Hüseynov 1995-ci ildə Rövşən Cavadovun xüsusi təyinatlı dəstəsinin qiyamının yatırılması ilə bağlı DİN-dən istefa verib.

Qara polkovnik ləqəbli Fətulla Hüseynov 2004-cü il 14 iyunda yaşadığı binanın qarşısında öldürülüb.

ALLAH RƏHMƏT ELƏSİN!

RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN!

Leyla Həsənova

Bu xəbəri paylaşın: