POLKOVNİKƏ TƏBRİK VAR …

TƏBRİK: Polkovnik Ağakişi Adıgözəlov -66

AVMVİB Rəhbərliyi, Fedai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev, polkovnik Ağakişi Adıgözəlovu ad günü münasibətiylə ürəkdən təbrik edir, həyatında insan üçün ən şirin, nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən naliyyətlər arzulayır.

Qoy yaşının üstə gələn bu yaş, ona sevinc dolu günlər bəxş etsin. Amin …

Polkovnik Ağakişi Adıgözəlov 14 iyun 1955-ci ildə anadan olub.

1974-1976-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 1981-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vladivastokda yerləşən Ali Hərbi məktəbini, 2001-ci ildə isə ABŞ-ın Lniziana Ştatının polis Akademiyasında ixtisas artırma kursunu bitirib.

Polkovnik Ağakişi Adıgözəlov 1977-1991-ci illərdə SSRİ DİN-in Daxili Qoşunların Baş İdarəsinin Gürcüstan və Azərabaycan Respublikasında (Bakı şəhərində) Konvoy-Mühafizə alayında və Əməliyyat biriqadasında hərbi hissənin təbliğat və təşkilat üzrə təlimatçısının komsomal təşkilatı üzrə köməkçisi, taqım və bölük komandiri, klub rəisi, Diviziyonun kadrlar şöbəsinin müavini və diviziyanın kadrlar şöbəsinin rəisi olub.

1992-2005 –ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Kadrlar Şöbəsinin İlk rəisi, DQBİ-nın Sumqayıtda yerləşən hərbi hissəsinin komandiri, Daxili Qoşunlar Baş İdarəsinin Qərargahında Əməliyyat Şöbəsinin baş zabiti, DQBİ-nın Nərmanov rayonunun (Montin qəsəbəsində) yerləşən hərbi hissə komandirinin müvəqqəti vəzifəsini icra edən, DQBİ-nin Qərərgahının Döyüş hazırlığı və Əməliyyat şöbəsinin rəisi vəzifələrində xidmət edib. Bundan əlavə 2000-2002-ci illərdə DQBİ-nin Qəraragahının Əməliyyat və Döyüş hazırlığı idarə rəisi vəfiəsini müvəqqəti icra edib.

Polkovnik Ağakişi Adıgözəlov Peşəjkarlığı hümanistliyı və səmərəliyi ilə seçilən, ən məhsuldar dövrünün 30 illik şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarda keçirmişdir.

Polkovnik Ağakişi Adıgözəlov Vətənə, Dövlətə və Xalqa sədaqqətlə xidmət etmişdir. O, Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində rəhbər vəzifəsində xidmət edərkən, bir çox komisiyaların tərkibində olarkən səmərəli fəaliyyəti ilə, işgüzarlığı və mənəvi kefiyyəti ilə və təşkilatçılıq bacarığı ilə Daxili Qoşunlar Komandanlığının daimi diqqət mərkəzində olmuşdur.

Polkovnik Ağakişi Adıgözəlov Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb. Azərbayacanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Daxili Qoşunların ilk dəfə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmək üçün ezam olunan hərbi qulluqçulardan biri də polkovnik Ağakişi Adıgözəlov olmuşdur.

Polkovnik Ağakişi Adıgözəlov Silahlı Qüvvələr və müharibə veteranıdır.

Polkovnik Ağakişi Adıgözəlov səmərəli və məqsədyönlü fəaliyyəti ölkə rəhbərliyi, Daxili İşlər Nazirliyi və Daxili Qoşunlar komandanı tərəfindən həmişə qiymətləndirildiyinə görə Daxili İşlər Nazirinin və Daxili Qoşunlar Komandanının müvafiq fərmanına, sərancam və əmri ilə xidmətdə fərqləndiyinə görə bir sıra medallarla, döş nişanı ilə və “Fəxri Fərmanla” mükafatlandırıb.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: