1963-cü ildə Mumbayda (keçmiş Bombey) anadan olub. Hindistanın ən aşağı kasta qrupuna aid bir ailədəndir. Hindistanda «toxunulmazlar» adlanır, yəni Kovid-19 kimi onlardan uzaq durmaq lazımdır, çünki aşağı silkə aiddirlər. 7 yaşında ailəsi ilə Amerikaya köç edir.
Şiva istedadlı bir uşaqdır. 14 yaşında orta məktəb şagirdi olanda Nyu York Universitetinə qəbul edildi. O, 1978-ci ildə başladığı kompüter proqram araşdırmasında bu gün istifadə etdiyimiz e-poçt sistemini yaratdı. Nəticə 1982-ci ildə «tanıdığımız elektron poçtun kəşfi» olaraq aldığı patentlə qeydiyyata alınır.
Şiva Ayyadurai daha sonra dünyanın aparıcı texniki universitetlərindən olan MİT-ə (Massaçusets Institute of Technology) qəbul olunur. MİT-də elektrik və kompüter mühəndisliyi üzrə bakalavr dərəcəsi, maşınqayırma üzrə magistr dərəcəsi və «Virus infeksiyalarına interferonların reaksiyası» başlığı ilə sistemli biologiya üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir.
Doktorluq işində immunitet sisteminin həqiqətən çox qarışıq bir mühəndislik möcüzəsi olmasını tapdı.
Bir çox patentə sahib olan doktor Şiva, sistem biologiyasını, yəni biologiya, mühəndislik və kompüter proqramlarını birləşdirən əsərlərin müəllifidir.

«BIG FARMA» dərman vasitələrinin yerinə VAKSIN İSTƏYİR
Şiva, koronavirusunun həddən artıq şişirdirildiyini və sıx nəzarət vəziyyətini yaratmaq üçün böyük çaxnaşmaya səbəb olduğunu müdafiə edənlərdən biridir.
Bu baxımdan, elm aləmində deyilənlərin əksinə olanların sırasındadır.
Əsas budur ki, böyük əczaçılıq şirkətləri (Big Pharma) Ar-Ge layihələrinə milyardlarla pul xərclədikləri və toksikologiya səbəbiylə təsdiqlədə bilmədikləri üçün dərmanları inkişaf etdirməkdən pul qazana bilmirlər.
Beləliklə, məcburi peyvəndlərə gözlərini dikiblər.
Doktor Şiva Ayyadurai Kovid-19 və ABŞ-dakı oliqarxiya ilə bağlı mühüm tapıntılar edib.
Deyir: “Əczaçılıq şirkətləri, əsas aqrokimya istehsalçılarına və əsas peyvənd istehsalçılarına çevrilməklə bu gün Amerikanın səhiyyə sisteminə nəzarət edən monopolistlərə çevriliblər. Bu elitlər 2015-ci ildə BMT üzərindən bir utopiya gerçəkləşdirdilər. Bu elitanın iqtidar layihəsi idi. İmmunitetlə bağlı bir layihə təqdim etdilər. Dünyadakı hər kəsi peyvənd edəcəklərini və xəstəliklərə qarşı immunitetli edəcəklərini dedilər. Mən Cytosolve adlı bir şirkət qurdum. Burada vücudumuzdakı kimyəvi quruluş modelləşdirilir və hansı xəstəliklərə həssas olduğumuzu və buna qarşı nə etməli olduğumuzu bizə söyləyirlər. Dərman sənayesi hazırda böhran içindədir. 15 il və 5 milyard dollar xərclədikləri dərmanlar, FDA (ABŞ Dərmanları və Qida İdarəsi) tərəfindən zəhərli təsirləri olduğu üçün təsdiqlənmir. Buna görə dərmanlardan pul qazana bilmirlər. Dərman şirkətləri vaksinasiya üçün müraciət etdilər. 1986-cı ildə Peyvənd Məhkəməsi yaradıldı. Çünki, 1962-1986-cı illərdə, düzgün bir şəkildə inkişaf etdirilməyən, düzgün şəkildə sınanmayan riskli peyvəndlər səbəbindən çox sayda əlillik baş verdi. Bu məhkəmə normal ədliyyə sistemində deyil, səhiyyə nazirliyi daxilində yaradıldı və ən yüksək təzminat 250 min dollar ilə məhdudlaşdırıldı. Bu gün vaksin tibbdən daha çox gəlirli bir sahədir. Kompensasiya üçün cəza çox cüzidir, məbləğ azdır.»
Doktor Ayyadurai, bu hesabın koronavirusun fonunda bu işin olduğunu müdafiə edənlərdən biridir.
Onun iddialarından biri də həkimlərə aiddir.
Həkimlərin, ümumiyyətlə, immun sistemi haqqında kifayət qədər avadanlıq olmaması, onların virusla bağlı düzgün qərar verməmələrinə səbəb olur.
Çin, İran və İTALİYADA VİRUSLAR FƏRQLİDİRMİ?
Doktor Şiva Ayyadurai, Kovid19-un Çində, İran və İtaliyada gördüklərinin fərqli VİRUSLAR olduğunu söylədi. Bütün bunların mənbəyi, onun fikrincə, ABŞ-dakı bio-müharibə bazası olan Fort Detrick (2019-cu ilin iyul ayında «sızma» səbəbiylə bağlanmışdır) ola bilər.
«Amerika, Çin və Hindistanın maraqları bu dərin dövlət üçün vacib deyil, onlar üçün ancaq özlərinin qlobal maraqları var» — deyə doktor Şiva bildirir.
Ayyadurayın sözlərinə görə, Big Pharma, Bill Gates, Hillary Clinton bunun arxasında duran dərin dövlət komandasındadırlar.
ANTHONY FAUCİ DE O QRUPDADIR
Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru, Qeyts və Klintona yaxın bir ad olan Antoni Fauci də bu Neocon komandasına daxildirlər.

Qeyts və Hillari Klinton dostdurlar.
İmmunoloq doktoru Fauci 1984-cü ildən bəri bu vəzifəni icra edir.
2020-ci ilin yanvarında Ağ Ev Koronavirus Task Force (Güc Mərkəzi) lideri oldu. Bir immunoloq olaraq çox uğursuz hesab etdiyim Doktor Şiva (Şiva QİÇS araşdırmalarını tamamilə saxta yola istiqamətləndirdiyini deyə bilərik. HİV-in kifayət qədər güclü olmadığını iddia edir, əvvəlcə QİÇS səbəb olan dərmanların istifadəsi, yəni immunitet sisteminin çökməsi) Faucinin dərman əvəzinə, peyvənd etməsində də özünü göstərir. Məlum olduğu kimi, nəhayət, Tramp və Fauci səhv etdilər. ABŞ Prezidenti Trampın malyariya dərmanının bəzi formasının virusun həlli ola biləcəyi ilə bağlı təklifini rədd edən Fauci, yeganə variantın aşılanma olduğunu müdafiə etdi.
Hindistanlı dahi, A, C və D vitaminləri ilə immunoloji (immunitet) sisteminin gücləndirilməsinin də virusu məğlub edə biləcəyini düşünür. Əsas səbəb amerikalıların dəhşətli qidalanmasıdır: «Bütün gün şəkər və doldurulmuş xəmir yeyirsinizsə, GMO sintetik şeylərdən başqa faydalı təbii qida almırsınızsa, kilo alırsınız, günəşə çıxmırsınızsa, xroniki xəstəliklərə tutulursunuz və immunitetiniz çökəcək. Bunun üçün bir virus gözləmək lazım deyil, bu ölüm reseptidir.»
Ayyadurai, Çadın dünyanın ən kasıb ölkəsi olmasına baxmayaraq, oradakı insanların, Amerikalılardan 10 qat daha güclü bir immunitetə sahib olduğunu vurğuladı.
Şivaya görə, bu gün baş verənlər Hollywood filmlərinə daş çıxaran bir ssenaridir …
Qeyts və onun siropu, xilasedici və xeyirxah insanları öldürən və döyüş vəziyyətinə salan pis virusa qarşı xilaskar elan ediləcək.
«Bu iş yerinə yetirildikdə, peyvəndsiz heç kim sürücülük vəsiqəsi ala bilməyəcək, qatarda, təyyarədə, iş üçün müraciət edə və ya idman salonuna qeydiyyatdan keçə bilməyəcək» -deyə hind əsilli Amerikalı həkim deyir.
