Heç kim unudulmur…

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Direktoru Vətən müharibəsi veteranı Bəşirova Nurangiz İsmayıl qızı AVMVİB tərəfindən tətif edilib.


Nurangiz Bəşirovanın 44 günlük Vətən mahərbəsində göstərdiyi xidmətlərə görə, AVMVİB Rəhbərliyi rayon şöbələrinin təqdimatı əsasında onu Fəxri Fərmanla, «Müharibə Vetranə» Xatirə medalı və AVMVİB -nin üzvlük vəsiqəsinin təqdimetmə mərasimi keçirilib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və AVMVİB Beyləqan rayon şöbəsi sədrinin müavini Əlövsət Məmmədov məlumat veriblər.

Bizimlə söhbətdə AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov bildirdi ki, sədrimiz Füzuli Rzaquliyevin rəhbərliyi altında hər bir veteran cəbhədə döyüşən əsgər və zabitlərimizlə birgə olmağa can atdı. Peşəsindən asılı olmayaraq hər bir müharibə veteranı bu zəfərin qazanılması üçün əlindən gələni etməyə çalışdı. Elə həmin günlərdə döyüş cəbhəsində yaralanan hərbçilərə göstərdiyi dəstəkdən və həkim kimi öz həyatını təhlükə qarşısına qoymaqdan çəkinməyərək, hər gününü ordumuzun yanında olan müharibə veteranı Nurangiz Bəşirovanın xidmətlərini unutmaq olmaz və bu gün də yaralı əsgər və hərbçilərə göstərdikləri tibbi xidmət davam etməkdədir.


Akif Həsənov qeyd etdi ki, Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də daima böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb. Ümumilikdə, 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır. Bu, həkimlərimizin həm I, həm də 44 günlük müharibədə iştiraklarının göstəricisidir. Allah şəhidlərimizə rəhmət eləsin və vətənpərvər həkimlərimizə də cansağlığı versin.


Mərasimdə AVMVİB Beyləqan rayon şöbəsinin üzvü olan müharibə veteranları, şəhid ailələri iştirak ediblər.


Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Direktoru Nurangiz Bəşirovanı təbrik edirik.


Elnur Səlim

Bu xəbəri paylaşın: