Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2019-cu il __ __tarixli nömrəli qərarı
ilə
TƏSDİQ EDİLMİŞDİR
Əlilliyin müəyyən olunması meyarları
- Ümumi müddəalar
1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra — Meyarlar) “Əlilliyi olan
şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3.4-cü
maddəsinə əsasən hazırlanmışdır və xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli
gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin
məhdudlaşmasına səbəb olan insan orqanizmi funksiyalarının itirilməsi ilə bağlı əlilliyin
müəyyən olunması ilə bağlı məsələləri tənzimləyir.
1.2. Əlilliyin müəyyən olunması zamanı aşağıdakı iki amil nəzərə alınır:
1.2.1 Təsnifatlar — Tibbi-sosial ekspert komissiyaları tərəfdən vətəndaşların tibbisosial ekspertizadan keçirilməsi zamanı əlilliyin müəyyən olunması üçün əsas
götürülməklə, xəstəlik, zədə və çatışmazlıqlar və onların təzahür dərəcələri, eləcə də
insanın həyat fəaliyyətinin başlıca kateqoriyaları və onların təzahür dərəcələri ilə əlaqədar
olaraq insan orqanizminin sabit pozuntularının başlıca növlərini müəyyənləşdirir;
1.2.2 Meyarlar — Tibbi-sosial ekspert komissiyaları tərəfdən vətəndaşların tibbisosial ekspertizadan keçirilməsi zamanı əlilliyin təyinatı üçün əsasları müəyyənləşdirir.
1.3. Bu sənədin məqsədləri üçün istifadə olunmuş anlayışlar və qısaltmalar
aşağıdakı mənanı ifadə edir:
1.3.1. İnsanın həyat fəaliyyəti kateqoriyaları – bu Meyarların 3.1-ci bəndində qeyd
olunmuş həyat fəaliyyəti kateqoriyaları;
1.3.2. Məhdudlaşma dərəcəsi – insanın həyat fəaliyyətinin əsas kateqoriyalarının
bu Meyarların 3.2-ci bəndində qeyd olunmuş üç əsas məhdudlaşma dərəcəsi;
1.3.3. XBT-10 – Sağlamlıqla bağlı problemlərin və xəstəliklərin beynəlxalq
təsnifatı, X baxış;
1.3.4. MBT – mycobakterium tuberculosis;
1.3.5. AÜÇ – ağ ciyər ürək çatışmazlığı;
1.3.6. FS – funksional sinif;
1.3.7. XÜÇ – xroniki ürək çatışmazlığı;
1.3.8. BYF – böyrək yumaqcığının filtrasiyası sürəti;
1.3.9. İİV – insan immunçatışmazlığı virusu;
1.3.10. QİÇS – Qazanılmış immun defisiti sindromu;
1.3.11. İQ – əqli inkişaf əmsalı;
1.3.12. BKİ – bədən kütləsinin indeksi;
1.3.13. TÇ – tənəffüs çatışmazlığı;
1.3.14. KAN – kardial avtonom nevropatiya;
1.3.15. XBX – xroniki böyrək xəstəliyi;
1.3.16. XAÇ – xroniki arteriyal çatışmazlığı;
1.3.17. STH – somatotrop hormon;
3
1.3.18. RA – revmatoid artrit;
1.3.19. USİ – uşaq serebral iflici;
1.3.20. EDSS şkalası — mərkəzi sinir sistеminin miеlinsizləşmə ilə gеdən хəstəlikləri
üzrə əlilliyinin qiymətləndirilməsi şkalası - İnsan orqanizminin funksiyalarının sabit pozuntularının əsas növlərinin və
onların təzahür dərəcələrinin təsnifatı
2.1. İnsan orqanizmi funksiyalarının sabit pozuntularına aşağıdakılar aiddir:
2.1.1. psixi funksiyaların pozulması — şüur, istiqamət bilmə, intellekt, şəxsiyyət
xüsusiyyətləri, iradə və təhriketmə funksiyaları, diqqət, yaddaş, psixomotorika,
emosiyalar, hissiyat, düşünmə, yüksək səviyyəli öyrənmə funksiyaları, nitqin əqli
funksiyaları, ardıcıl mürəkkəb hərəkətlər;
2.1.2. dil və nitq funksiyalarının pozulması:
2.1.2.1. şifahi (rinolaliya, dizartriya, kəkələmə, alaliya, afaziya);
2.1.2.2. yazılı (disqrafiya, disleksiya);
2.1.2.3. verbal və qeyri-verbal nitq pozuntusu;
2.1.2.4. səs əmələgəlmənin pozulması;
2.1.3. sensor funksiyaların pozulması — görmə, eşitmə, iybilmə, toxunaraq hiss
etmə, taktil hissiyat, ağrı hissiyati, istilik, vibrasiya və digər növ hissiyatlar, vestibülyar
funksiya, ağrı;
2.1.4. Neyroəzələ, skelet və hərəkətlə bağlı digər (statodinamik) funksiyaların
pozulması — baş, bədən, ətrafların, o cümlədən sümüklər, oynaqlar, əzələlərin hərəkəti,
statika, hərəkətlərin koordinasiyası pozuntusu;
2.1.5. Ürək-damar sistemi, tənəffüs sistemi, həzm sistemi, endokrin sistem və
metabolizm, qan və immun sistemlərinin, sidik sistemi, dəri və onunla bağlı bütün
sistemlərin funksiyasının pozulması;
2.1.6. Xarici fiziki eybəcərliklə bağlı çatışmazlıqlar — (üzün, başın, bədənin və
ətrafların xarici eybəcərliyə gətirib çıxaran deformasiyaları), həzm, sidik, tənəffüs
sistemlərinin anomal dəlikləri, bədən ölçülərinin pozuntusu.
2.2. Xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan və bu Qaydaya əlavə
olunmuş kəmiyyət qiymətləndirmə sistemi vasitəsilə təsnifləşdirilən, 10-100%
diapazonunda müəyyənləşdirilən insan orqanizmi funksiyalarının sabit pozuntularının
aşağıdakı 4 başlıca dərəcəsi nəzərə alınır (Əlavə 1):
2.2.1. I dərəcə — xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan
orqanizminin sabit az əhəmiyyətli funksiya pozuntuları, 10-30 % diapazonunda;
2.2.2. II dərəcə — xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan
orqanizminin sabit orta əhəmiyyətli funksiya pozuntuları, 31-60 % diapazonunda;
2.2.3. III dərəcə — xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan
orqanizminin sabit ciddi funksiya pozuntuları, 61-80 % diapazonunda;
2.2.4. IV dərəcə — xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan
orqanizminin sabit ciddi əhəmiyyətli funksiya pozuntuları, 81-100 % diapazonunda.
4
2.3. İnsan orqanizminin xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan bir
neçə sabit pozuntusu olduğu halda, hər bir pozuntu ayrı-ayrılıqda kəmiyyət
qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilir və təzahür dərəcəsi müəyyənləşdirilir.
2.4. İlk növbədə, faiz ifadəsi ilə orqanizmin bu və ya digər funksiya
pozuntusunun ən yüksək olanı, sonra isə mövcud digər bütün funksiya pozuntularının
qeyd edilmiş pozuntuya təsiri müəyyənləşdirilir.
2.5. 2.4.-cü bənddə qeyd edilən təsirin olduğu təqdirdə, insan orqanizmi
funksiyalarının pozulmasının icmal göstəricisi, ən yüksək pozuntunun göstəricisindən
10%-dən artıq olmamaqla çox ola bilər.
2.6. Qiymətləndirmə ayrı-ayrı xəstəliklər sinfi üzrə aparılır. - İnsanın həyat fəaliyyətinin əsas kateqoriyalarının təsnifatları və qeyd
olunan kateqoriyaların məhdudlaşması dərəcəsi üzrə təsnifat
3.1. İnsanın aşağıdakı əsas həyat fəaliyyəti kateqoriyaları əlilliyin
qiymətləndirilməsi zamanı nəzərə alınır:
3.1.1 özünəqulluq bacarığı;
3.1.2 sərbəst hərəkətetmə bacarığı;
3.1.3 istiqamət seçmə bacarığı;
3.1.4 ünsiyyət bacarığı;
3.1.5 davranışına nəzarət etmə bacarığı;
3.1.6 öyrənmə bacarığı;
3.1.7 əmək fəaliyyəti bacarığı.
3.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyalarının hər birinin aşağıdakı üç əsas
məhdudlaşma dərəcəsi qeyd edilir.
3.2.1 Özünəqulluq bacarığı — insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə
həyata keçirməsi, gündəlik məişət fəaliyyəti ilə məşğul olmaq, o cümlədən şəxsi qiqiyena
bacarıqları:
3.2.1.1. I dərəcə — tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada
və həcmi azaldaraq zəruri hallarda köməkçi texniki vasitələrdən istifadə etməklə
özünəqulluq bacarığı;
3.2.1.2. II dərəcə — mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, zəruri
hallarda köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3.2.1.3. III dərəcə — kənar şəxslərin daimi köməyi və qayğısına ehtiyacın olması və
kənar şəxslərdən tam asılılıqla əlaqədar özünə qulluq bacarığının olmaması.
3.2.2 Sərbəst hərəkət etmə bacarığı — ətraf mühitdə sərbəst hərəkət etmək,
hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyətinin dəyişdirilməsi zamanı bədənin
tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
3.2.2.1. I dərəcə — daha artıq vaxt sərf etməklə, pərakəndə yerinə yetirməklə və
zəruri hallarda köməkçi texniki vasitələrdən istifadə etməklə məsafəni qəsaldaraq sərbəst
hərəkət etmək bacarığı;
3.2.2.2. II dərəcə — mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, zəruri
hallarda köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
5
3.2.2.3. III dərəcə — sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin
daimi köməyinə ehtiyacın olması.
3.2.3 İstiqamət seçmə bacarığı — şəxsiyyətin və ətraf şəraitin adekvat şəkildə
qavranması, vəziyyətin qiymətləndirilməsi, yer və zamanı müəyyən etmək bacarığı:
3.2.3.1. I dərəcə — yalnız adəti vəziyyətlərdə və yaxud köməkçi texniki vasitələrin
köməyi ilə sərbəst istiqamət seçmə bacarığı;
3.2.3.2. II dərəcə — mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, zəruri
hallarda köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamət seçmə bacarığı;
3.2.3.3. III dərəcə — istiqamət seçmə bacarığının olmaması və kənar şəxslərin
köməyinə və nəzarətinə daimi ehtiyacın olması.
3.2.4 Ünsiyyət bacarığı — məlumatın qavranılması, təhlili, saxlanması, ifadəsi və
ötürülməsi yolu ilə insanlarla əlaqə qurulması bacarığı:
3.2.4.1. I dərəcə — məlumatın qəbulu və ötürülməsi tempinin və həcminin
azaldılması yolu ilə və zəruri hallarda köməkçi texniki vasitələridən istifadə etməklə
ünsiyyət qurma bacarığı; eşitmə orqanının təcrid zədəsi zamanı — qeyri-verbal ünsiyyət
metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
3.2.4.2. II dərəcə — mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və zəruri
hallarda köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
3.2.4.3. III dərəcə — ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin
köməyinə ehtiyacın olması.
3.2.5 Davranışına nəzarət etmək bacarığı — özünü dərk etmək, sosial, hüquqi və
mənəvi-etik normalar nəzərə alınmaqla adekvat davranış bacarığı:
3.2.5.1. I dərəcə — çətin həyati vəziyyətlərdə davranışına nəzarət bacarığının
mütəmadi olaraq məhdudlaşması və / və ya həyatın müxtəlif sferalarını əhatə edən
həlledici funksiyaların yerinə yetirilməsində çətinlik, qismən özünü korrektə etmək imkanı
ilə;
3.2.5.2. II dərəcə — yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünü
korrektə etmək imkanı ilə öz davranışına və ətraf mühitə qarşı tənqidin daimi azalması;
3.2.5.3. III dərəcə — davranışına nəzarət etmə bacarığının olmaması, korreksiya
imkanının olmaması, daim kənar şəxslərin köməyinə (nəzarətinə) ehtiyacın olması.
3.2.6 Öyrənmə bacarığı — bilik, səriştə, bacarıqların qavranması və fəaliyyət
təcrübəsinin (o cümlədən peşəkar, sosial, mədəni və məişət xarakterli fəaliyyət
təcrübəsinin) qazanılması işinin məqsədyönlü təşkili bacarığı, əldə edilən biliklərin
gündəlik həyatda tətbiq edilməsi və ömür boyu təhsillənmək motivasiyasının
formalaşdırılması bacarığı:
3.2.6.1. I dərəcə — psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında müəyyən
edilən (zəruri hallarda) xüsusi yardımçı texniki vasitələrin köməyi ilə, o cümlədən xüsusi
şəraitin yaradılması ilə dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və
digər təşkilatlarda öyrənmək və təhsil almaq bacarığı,;
3.2.6.2. II dərəcə — yalnız, psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında
müəyyən edilən xüsusi yardımçı texniki vasitələrin köməyi ilə ev şəraitində distant
texnologiyalar istifadə olunmaqla uyğunlaşdırılmış tədris proqramının tətbiqi ilə dövlət
təhsil standartları çərçivəsində təhsil müəssisələrində və digər təşkilatlarda öyrənmək və
təhsil almaq bacarığı,
3.2.6.3. III dərəcə — yalnız elementar bacarıq və səriştələri (peşə, sosial, mədəni və
məişət), o cümlədən adi məişət mühitində elementar məqsədyönlü hərəkətlərin yerinə
yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın
rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuzntularından irəli gələrək yuxarıda
qeyd edilən bacarıqları qavramaq çətinliyinin olması;
3.2.7 Əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməisinə, keyifyyətinə, həcminə
və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
3.2.7.1. I dərəcə — iş həcminin və peşəkarlığının, yükünün, gərginliyin azaldılması
şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşə (vəzifə, ixtisas) üzrə
əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində daha aşağı səriştəli əmək
fəaliyyətini həyata keçirməyin mümkünlüyü;
3.2.7.2. II dərəcə — uyğunlaşdırılmış xüsusi əmək şəraitində köməkçi texniki
vasitələrdən istifadə edərək əmək fəaliyyətini yerinə yetirmək bacarığı;
3.2.7.3. III dərəcə — orqanizm funksiyalarının ciddi pozuntularından irəli gələrək
elementar əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli
köməyi ilə həyata keçirmək bacarığı.
3.2.8 Həyat fəaliyyətinin əsas kateqoriyalarının itirlməsi dərəcəsi insanın bioloji
inkişafının müvafiq perioduna (yaşına) uyğun normadan kənarlaşmasının
qiymətləndirilməsi ilə müəyyənləşdirilir. - Əlilliyin qiymətləndirilməsi meyarları
4.1 İnsan orqanizmi funksiyalarının IV dərəcə itirilməsi (81-100%) ilə bağlı əlillik,
xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti
kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında
təyin edilir.
4.2 İnsan orqanizmi funksiyalarının III dərəcə itirilməsi (61-80%) ilə bağlı əlillik,
xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti
kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında
təyin edilir.
4.3 İnsan orqanizmi funksiyalarının II dərəcə itirilməsi (31-60%) ilə bağlı əlillik,
xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti
kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin I dərəcə məhdudlaşması halında
təyin edilir.
4.4 18 yaşınadək uşaqlara sağlamlıq imkanlarının məhdudluğu insanın həyat
fəaliyyətinin istənilən kateqoriyasının və istənilən məhdudlaşmasının (əmək fəaliyyəti ilə
məşğul olmaq bacarığı istisna olmaqla) hər üç məhdudlaşma dərəcəsi mövcud olduğu və
uşağın sosial müdafiəsi zərurətindən irəli gələn halda müəyyən edilir.
4.5 İnsan orqanizmi funksiyalarının I dərəcə itirilməsi (10-30%) hallarında əlillik
və sağlamlıq imkanlarının məhdudluğu təyinatı aparılmır. Yalnız səbəb əlaqəsi peşə
xəstəliyi, əmək zədəsi olduğu hallarda qiymətləndirilmə aparılır. - Keçid müddəalar
5.1. Bu Meyarlar qüvvəyə minənədək əlilliyin müəyyən olunması meyarları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli
qərarı ilə tənzimlənir.
5.2. Müddət müəyyənləşdirməklə təyin olunmuş insan orqanizmi funksiyalarının
itirilməsi 31-60% aralığında ardıcıl olaraq 15 il, 61-80% aralığında ardıcıl oaraq 10 il və
81-100% aralığında ardıcıl olaraq 4 il müddətdən sonra ömürlük təyin olunur.
5.3. Bu Meyarların təsdiq edildiyi günədək 5 illik müddətə əlillik müəyyən edilmiş
şəxslərin əlillik müddəti 5.2-ci bənddə qeyd edilmiş müddətlərə daxil edilir.
5.4. İnsan orqanizminin funksiyalarının pozuntusunun ağırlıq dərəcəsindən asılı
olmayaraq “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan
Respublikası qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial
müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən
təyin edilir.
Qeyd: Faiz hesabatı «İnsan orqanizminin funksiyalarının sabit pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi» adlı əlavələrdə qeyd edilib. İnternet vasitəsiylə girib tanış ola bilərsiniz. 30 illik müharibə aparan bir ölkənin «meyarnaməsində» «müharibə, kontuziya, hərbi xidmət və s.» sözlər tapmasanızda bolluca vərəm (əsasən narkomanların sonu), şizofreniya, QİÇS və s. kimi xəstəliklər yetərincədi. Çünki bu kəramətlilər belə xəstəlikləri tanıyırlar. Müharibədə olanları var ki, müharibənin vurduğu travmaları tanıya bilsinlər?
P.S. Axtardığınız faizlər cədvəli bu qərarın əlavəsindədir. İstəyən «faizlə» məşğul ola bilər: «Əlilliyin müəyyən olunması meyarları»nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
