TƏBRİK: KAPİTAN ŞAİQ ƏSGƏROV -55

AVMVİB rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr muavini polkovnik Salman Musayev, ehtiyyatda olan kapitan Əsgərov Şaiq Şahid oğlunu, doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib tükənməyən nəaliyyətlər arzulayır. Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin.

Ehtiyyatda olan kapitan Əsgərov Şaiq Şahid oğlu 21.06.1966-cı il tarixdə Qax rayonun Ləkit kəndində anadan olub.

O, 1983 — cü ildə orta məktəbi, 1987-ci ildə isə Sverdilovski Ali Hərbi Siyasi Tank məktəbini bitirib. Müharibə veteranı Əsgərov Şaiq Şahid oğlu 1987-1989-cu illərdə Belarusiya Respublikasının İvasevic şəhərində bölük komandirinin hərbi işləri üzrə müavini, hərbi hissənin komsomol təşkilatının katibi vəzifələrində xidmət edib, 1990-cı ildə isə öz arzusu ilə ehtiyyata buraxılıb. 1990-1992-ci illərdə Qax rayonunda orta məktəbdə tarixi müəllimi işləyib.

Kapitan Əsgərov Şaiq Şahid oğlu 1992-ci ilin iyun ayından 2000-ci ilin sonunadək DİN-in Daxili Qoşunların Baş İdarəsinin Zaqatala, Ağdam (Ağdərə) rayonlarında yerləşən hərbi hissələrində bölük və tabor komandiri, Daxili Qoşunların Baş İdarəsinin Füzuli, Xətai (NZS) rayonlarında, Gəncə şəhərində və Zaqatala rayonunda yerləşən hərbi hissələrdə hərbi hissə komandirinin tərbiyyə işləri üzrə müavini olub.

Ehtiyyatda olan kapitan Əsgərov Şaiq Şahid oğlu Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunların hərbi hissələrində xidmət edərkən, bir çox komissiyaların tərkibində olarkən səmərəli fəaliyyəti ilə, işgüzarlıq və mənəvi keyfiyyəti ilə, təşkilatçılıq bacarığı ilə, nəzəri və praktiki biliyi ilə Daxili Qoşunların Komandanlığında daimi diqqət mərkəzində olmuşdur.

Əsgərov Şaiq Şahid oğlu peşəkarlığı, humanistliyi və səmərəli liyi ilə seçilən ən məhsuldar dövrünün 17 illik şərəfli xidmət yolunu sovet ordusunda, daxili qoşunlarda və orta məktəbdə keçirmişdir. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə bölük və tabor komandiri kimi xüsusi rolu olmuşdur.

Əsgərov Şaiq Şahid oğlunun səmərəli və məqsədyönlü fəaliyyəti, həmişə Daxili Qoşunların Komandanlığı tərəfindən yüksək qiymətləndirilib. Daxili İşlər Nazirinin və Daxili Qoşunlar Komandanının müvafiq əmirləri ilə, Xidmətdə fərqləndiyinə görə müvafiq medallarla və “Fəxri Fərmanla” mükafatlandırılıb və ona vaxtından əvvəl kapitan hərbi rütbəsi verilib. O, Daxili Qoşunların veteranlar şurasının katibidir.

Dərin hörmətlə, Salman Musayev

Ehtiyyatda olan polkovnik, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin (AVMVİB) sədr müavini

Bu xəbəri paylaşın: